“Natiq Əliyev” 19 dənizçi ilə birlikdə aylardır Danimarkada girov qalıb







Azərbaycanın keçmiş energetika naziri, mərhum Natiq Əliyevin adını daşıyan və “Palmali” şirkətinə məxsus “Natiq Əliyev” tankeri heyət üzvləri ilə birlikdə aylardır Danimarkanın Aalbek körfəzində girov saxlanılır. Virtualaz.org Danimarkanın “TV2” telekanalına istinadən xəbər verir ki, “Palmali” şirkətinin banka olan borclarını ödəməməsi üzündən “Natiq Əliyev” tankerinə 4 ay yarım əvvəl Fogedretten limanında həbs qoyulub.

Məlum olub ki, “Palmali” şirkətinin tankerin 19 nəfərlik heyət üzvlərinə də maaş borcu var. Heyət üzvləri aylardır maaşlarını ala bilmir. Hazırda Danimarkanın Dəniz Administrasiyası və nəqliyyat işçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Aalbek körfəzində girov qalmış dənizçilərə kömək etməyə çalışırlar.



Bəlli olduğu kimi “Palmali” şirkətinin milyardlarla dollarlıq ödənilməmiş borcları var və azərbaycanlı oliqarx Mübariz Mənsimovun biznesinin sirli, qəfil yüksəlişi kimi qəfil çöküşünün də səbəbləri qaranlıqdır. Ötən ilin payızında “Palmali Shipping”nin Rusiyadakı törəmə şirkəti “Palmali” MMC-yə qarşı müflisləşmə prosedura başladılıb. Şirkətə qarşı borc tələbləri irəli sürənlər arasında isə Mənsimovun özünün adında “Palmali” sözü olan bir neçə başqa şirkəti də yer alır.

Nəqliyyat işçilərinin Beynəlxalq Həmkarlar İttifaqından (İTF) Martin Bax bildirir ki, dənizçi üçün lövbər salmaq və qeyri-müəyyən, çıxış yolu görünməyən vəziyyətdə gözləmək həmişə çətindir. “Bu səbəbdən biz heyətlə əlaqə saxladıq, amma üç həftə ərzində onlardan cavab ala bilmədik”-o deyir.

“Natiq Əliyev” tankerinin 19 nəfərlik heyət üzvü mart ayından gəmidədir. Onlar tanker Aalbek körfəzində saxlanılarkən həmin vaxt gəmidə olan heyət üzvlərini əvəz ediblər. Danimarkanın Dəniz Administrasiyasından Martin Con deyir ki, heyət üzvləri aylardır maaş almır. “Biz nəzərə almalıyıq ki, bu dənizçilər maaşlarının böyük hissəsini vətənlərində ailələrinə göndərirlər, ona görə də onların yaşamaq üçün vəsaitləri olmalıdır”-o deyib.



Danimarkanın Dəniz Administrasiyasının bildirdiyinə görə tankerin göyərtəsində içməli su, ərzaq ehtiyatı və istilik var. Beynəlxalq həmkarlar təşkilatının nümayəndələri ilə birlikdə Administrasiyanın əməkdaşları bu həftə tankerin göyərtəsinə qalxıb heyət üzvlərinin ödənilməmiş əmək haqqının məbləğini dəqiqləşdirəcəklər. Əgər “Palmali” dənizçilərin maaşlarını verməsə həmkarlar təşkilatı tələbi sığorta şirkətinə yönəldəcək ki, onların pulları ödənilsin. Gəminin özünün isə hələ nə qədər girov qalacağı məlum deyil. Eləcə də heyət üzvlərinin daha neçə ay gəmidə qalacaqları bilinmir.

virtualaz.org bu ilin aprelində xəbər vermişdi ki, “Natiq Əliyev” tankerinə Rusiyanın “Lukoil” şirkətinin törəmə şirkəti olan “Litasco”nun tələbi ilə həbs qoyulub. Həmin şirkətin tələbi əsasında “Palmali”nin “Bozdağ” tankeri isə Estoniya limanlarından birində saxlanılıb.

Virtualaz.org

“Natiq Əliyev” 19 dənizçi ilə birlikdə aylardır Danimarkada girov qalıb



“Natiq Əliyev” 19 dənizçi ilə birlikdə aylardır Danimarkada girov qalıb

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər