3 iyul gecəsinin fəlakəti: Azərbaycanda nə baş verdi – səbəblər, yekunlar













Belə bir hadisə 2002-ci ilin iyulunda da baş vermişdi. O zaman da futbol mundialı vaxtıydı, birdən-birə ölkə zülmətə qərq oldu. Səbəb kimi diversiyadan tutmuş taxıl zəmisində yanğına qədər çox versiyalar irəli sürüldü. Son versiya bəlli olmadı.

Dünən gecə isə 16 illik aradan sonra ölkə yenidən qaranlıqda qaldı. Son 120 ilin ən isti yayında, milyonlarla insanın kondisionerə, soyuducuya möhtac olduğu bir vaxtda birdən-birə 4-5 boyunca elektrik enerjisinin kəsilməsi sözün birbaşa mənasında fəlakət demək idi.

Bu hadisə gündüz vaxtı olsaydı, onun fəsadları daha böyük ola bilərdi, ancaq 2002-ci ilin iyulundan olduğu kimi, 2018-ci ilin iyulunda da elektrik enerjisinin total kəsilməsi gecə saatlarında baş verdi. Bununla belə, texnogen qəzanın fəsadları, yaratdığı problemlər böyük oldu.

Partlayış, yanğın, kəsinti
Rəsmi versiya bundan ibarətdir ki, ölkədə elektrikin kəsilməsinə səbəb Mingəçevir şəhərində fəaliyyət göstərən, ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) baş vermiş partlayış olub. Daha sonra başlayan yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb (APA) .

Hadisənin başlıca səbəbi kimi həddindən artıq yüklənmə göstərilir. Bu, inandırıcı görünür. Gerçəkdən də havaların isti keçməsi insanların adi vaxtda olduğundan daha çox sərinlik təmin edən qurğular (kondisioner, ventilyator, soyuducu) işlətməsinə səbəb olur.

Daha sonra ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilib.

“Bir külək idi, əsdi, keçdi”? Yoox!
Ancaq bu, “bir hadisəydi, oldu, bitdi”, “külək idi, əsdi, keçdi” qrafasından olan olay deyil.

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma bir çox sahələrdə olduğunu kimi su təchizatına da təsir göstərib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı “Trend”ə bildirib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hazırda bu istiqamətdə bərpa işləri aparılır. Biz artıq Ceyranbatan su anbarından suyun verilməsini bərpa etmişik. Digər istiqamətlərdə işlər davam etdirilir”.

Hələ dahası da var. Qurum rəsmisi bildirib ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır: “Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. Problemlər gün ərzində aradan qaldırılacaq”.

Ya elektrik enerjisi metronun işlək vaxtı kəsilsəydi?
Elektrik enerjisinin kəsilməsi gecə saatlarında baş verdiyindən, metronun işləmədiyi zamana düşüb. Bununla belə, burada da qismən problemlər yaranıb. Elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləməyib və sərnişinləri qəbul etməyib.

“APA-Economics”in məlumatına görə, “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.

Eyni zamanda, “Avtovağzal” stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib.
Daha sonra elektrik enerjisinin verilişi bərpa olunan kimi “Avtovağzal-Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti təmin edilib.

İşıqfor yanmayanda yolu kim keçməlidir?
İşıq yoxdursa, işıqforlar da, təbii ki, işləməyib. Bu da sutkada 24 saat boyunca paytaxt yollarında və küçələrində avtomobil nəqliyyatının intensivliyinin davam etməsinə mənfi təsir göstərib. Bor çox yol kəsişmələrində xaotik durum yarada bilərdi.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə agentliyinin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərib.

Qurumdan bildirilib ki, elektrik enerjisinin verilişi bərpa olunan kimi şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmayıb.

Hələ 7\24 işləyən obyektlərin səsi çıxmır
Bundan başqa, paytaxtda elə obyektlər var ki, onlar sutkada 24 saat işləyirlər və daima elektrik enerjisindən istifadə edirlər. Məsələn, klinikalar, marketlər, hospitallar, otellər, vağzallar, aeroport bu qəbildəndir. Söz yox ki, onların da fəaliyyətində axsamalar, problemlər olub.

Müasir həyat elədir ki, elektrik enerjisinin nəinki 5 saat, hətta beş dəqiqə kəsilməsi də texnogen qəza sayılır və bu, milyonlarla insanın həyatında problemlər yaradır.

Bircə təsəlli var ki, bu cür qəzalar bütün ölkələrdə, hətta texnoloji baxımdan ən inkişaf etmiş dövlətlərdə baş verir. Ancaq bu, yaşanan fəlakətə görə aidiyyatı qurumların, cavabdeh şəxslərin məsuliyyətini azaltmır.

Son xəbərlər

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

Bütün xəbərlər