“Gəncədə atılan güllənin hədəfi bizim dövlətçiliyimiz, stabilliyimiz olub…”










Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova edilən sui-qəsd cəhdilə bağlı müzakirələr hələ də aktuallığını qoruyub saxlamaqdadır. Son günlər bir çox ictimai-siyasi fəallar, tanınmış şəxslər bu qanlı olaya münasibət bildirib. Məsələyə münasibətini açıqlayanlardan biri də Milli Qeyri Hökumət Forumunun prezidenti Rauf Zeynidir.

O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gəncədə baş verən hadisə hamı kimi onu da dərindən narahat edib: “ Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafına, Azərbaycançılıq ideyasına, Dağlıq Qarabağın işğaldan azad olunmasına xidmət edən istənilən məmura qarşı törədilən təxribata, sui-qəsdə birmənalı olaraq öz etirazını bildirməlidir. Gəncədə atılan güllənin hədəfi yalnız Elmar Vəliyev olmayıb. Həmin güllə eyni zamanda bizim dövlətçiliyimizə, stabilliyimizə tuşlanmış olub. Məlum təxribat bu gün Elmar Vəliyevə qarşı olubsa, sabah başqa məmurlara qarşı da ola bilər. Bu səbəbdən də, biz məsələyə ayıq başla reaksiya verməli, hadisənin mahiyyətini başqa aspektə yönəltməməliyik. Yaşanan qanlı hadisəyə heç bir şəxsi münasibət səbəb olmayıb. Hədəf kimi Azərbaycanın stabilliyi və konstutusion quruluşu götürülüb. Hüquq-mühafizə orqanlarının yaydığı birgə bəyanatın məzmununda da biz bu notlara rast gəldik. Belə hallara qarşı sayıqlığımızı əldən verməməliyik. Düşmən yatmır, o hər zaman bizə zərbə vurmaq üçün boşluqlar axtarır. Bizim Elmar Vəliyevlə dəfələrlə təmaslarımız olub. Mən onu millətini, vətənini, dövlətini sevən bir məmur kimi xarakterizə edə bilərəm”.

Rauf Zeyni qeyd etdi ki, bir tədbirin Gəncədə keçirilməsi çərçivəsində bu yaxınlarda Elmar Vəliyevlə yaxın təması olub: “ Bilirsiniz ki, Xalq Cumhuriyyəti Tiflisdən köçəndən sonra Gəncədəki Aqrar Universitetin binasında fəaliyyət göstərib. Biz də məhz həmin binada tədbir keçirmək üçün Gəncə İcra Hakimiyyətinə müraciət etdik. Bizə çox yüksək səviyyədə şərait yaradıldı. Tədbirdən sonra bizim nümayəndə heyətini Elmar müəllim şəxsən qəbul etdi. Onunla 40 dəqiqəyə yaxın söhbətimiz oldu. Gəncədə böyük işlərin görüldüyünü və gələcəkdə icra olunacaq böyük meqa layihələr barədə bizə ətraflı məlumat verdi. Həmin söhbətdən sonra bir daha əmin oldum ki, Elmar Vəliyev çox işgüzar məmurdu və hətta ən xırda məsələlər belə onun şəxsi nəzarətindədir. Hesab edirəm ki, ölkə prezidenti başda olmaqla, ölkəmizin ağırlığı məhz belə məmurların ciyinləri üzərindədir. Biz həmin görüşdə Elmar müəllimin Yevlax və Gəncənin inkişafı ilə bağlı göstərdiyi xidmətləri xüsusi olaraq qeyd etdik. Düşünürəm ki, belə insanları qorumaq lazımdır. Kim Vətənin inkişafına, İrəvan ideallarına xidmət edirsə, o, pis adam ola bilməz. Bu məsələ ətraflı təhlil edilib, araşdırılmalıdır. Artıq hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı ilkin rəyi var və əminəm ki, günahkarla öz layiqli cəzalarını alacaqlar. Sosial şəbəkələrdə lazım olmayan fikirləri paylaşan vətəndaşlarımız bilməlidir ki, insan qaraguruha inanıb dərindən bələtçiliyi olmadığı mövzu barədə hansısa lazımsız təbliğatın təsirinə düşməməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər