dunya
8.07.2018, 20:21
Avropanın ən yaşlı qadını öldü

Dünyanın ikinci, Avropanın isə birinci ən yaşlı qadını Cüzeppina Proetto vəfat edib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qadın ölərkən 116 yaş 37 günlüyündə olub.
O, 117 yaşlı Tiyö Miyakodan sonra "Dünyanın ən yaşlı qadını" statusuna sahib idi.
Proetto 60-cı illərdən İtaliyanın Montelupo-Forentino qəsəbəsində yaşayıb.


