“Azərbaycan düşmənlərinin işidir…” – Politoloq Qabil Hüseynli













“Gəncədə baş verənlər Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin işidir”.

Bu fikri musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib. O, bildirib ki, çox kədərli və Azərbaycan üçün ağır nəticələrə gətirə biləcək hadisələr baş verir: “Tutalım ki, gəncəlilər dinc mitinq keçirmək istəyirdilər. Mitinqin təşkilatçısı isə yox idi. Belə təşkilatçısı olmayan tədbirin keçirilməsinin özü təhlükəlidir. Yəni camaatı küçələrə çağırmaq, ancaq bu işin təşkilatçısının olmaması sözsüz ki, xoşagəlməz nəticələrə gətirib çıxarmalı idi və çıxardı da. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Azərbaycan ətrafında mürəkkəb oyunlar oynanılır. Azərbaycan xalqı dövlətçiliyimizə, ölkəmizə, daxili sabitliyin qorunmasına yönəlmiş hərəkətlərin iştirakçısı olmamalıdır. Bəli, xalqın çatışmazlıqları, narazılıqlar var. Ancaq bunları bildirməyin sivil yolları var. Bunu ölkənin prezidenti də bilir, bu istiqamətdə səylərini göstərir. Ancaq xəncərlə, kəsici alətlə icazəsiz mitinqlərə çıxmaq artıq digər hadisələrdən xəbər verir. Belə görünür ki, proseslərdə bizim dövlətçiliyimizin mövcudluğunu sevməyən qüvvələrin əli var “.

Politoloq bildirib ki, belə bir şəraitdə polisə əl qaldırmaq, xəsərat yetirmək böyük cinayətdir.
Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər