“Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib” – Erməni əsilli politoloq











Erməni əsilli rusiyalı politoloq, siyasi xadim, “Zamanın mahiyyəti” hərəkatının lideri, 1990-cı illərin əvvəllərində Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun Bakıya ezam edilmiş komissiyasının üzvü Sergey Kurginyan 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribat xarakterli hadisələr barəsində danışıb.
Kurginyanın etirafına görə, Sumqayıt hadisələrini törədənlər azərbaycanlılar deyildi: “1980-ci illərin sonlarında Bakıya gəldim. Gəliş səbəbim rəsmi açıqlamalara və yalanlara qarşı konkret addım atmaq idi. Bakıya gələndə gördüm ki, baş verən hadisələr həm rəsmi açıqlamalardan, həm də bizim demokratik müxalifətin təqdim etdiyindən tamamilə fərqlidir.
Bütün məsuliyyətimlə deyə bilərəm ki, əvvəlcə Sumqayıt, sonra da Bakıda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil. Bunları törədənlər tamamilə başqa adamlar idi. Beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq kirayələnmiş kənar şəxslər idi. Həmim şəxslərin adlarına qədər bütün məlumatlar əlimizdədir. O zaman və indi kimə işlədiklərini çox yaxşı bilirik. Həmin şəxslər əvvəlcə erməniləri öldürərək azərbaycanlılar edibmiş kimi göstərirdilər, sonra azərbaycanlıları öldürərək ermənilər edibmiş kimi təqdim edirdilər. Daha sonra azərbaycanlılarla erməniləri bir-birinə qarşı münaqişəyə salaraq, idarə oluna bilən qarşıdurma yaradırdılar. Beləliklə, ortaq tarixə sahib iki xalqı bir-birinə vuraraq münaqişəni idarə edirdilər”.

Xatırladaq ki, fevralın 22-də Azərbaycan DİN və Baş Prokurorluğu Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı birgə bəyanatlarında bildiriblər ki, 1988-ci ildə baş verənlər Azərbaycan xalqına qarşı erməni xüsusi xidmət orqanları və SSRİ DTK tərəfindən təşkil olunmuş təxribat idi. (Virtualaz.org)



@dogruxeber.tv

Son xəbərlər

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Bütün xəbərlər