Çəyirtkələrin Azərbaycana kütləvi axınının qarşısı alınıb













Şəkinin Acınohur, İncə və Səbətli kəndlərinin ərazisində İtaliya çəyirtkəsinə (Calliptamus italicus) qarşı fitosanitar monitorinq həyata keçirilib və kütləvi sirayətlənmə aşkar olunmuş 417 ha əkin sahəsində iyulun 5-də kimyəvi mübarizə tədbirlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən aparılan mübarizə tədbirlərində Artst (0,3l/ha) və Asetisuper (0,2kq/ha) insektisidlərindən istifadə edilib və yüksək bioloji səmərəlilik əldə edilib.

İsçi məhlul kimi 200 litr su götürülüb. Vaxtında başlayan mübarizə nəticəsində meyvə bağları, qarğıdalı, tütün və bostan-tərəvəz sahələrinə vurulan ziyanın və İtaliya çəyirtkəsinin yumurta qoymaq mərhələsinin qarşısı alınıb.

Mübarizə tədbirləri iyulun 13-də başa çatıb.

Şəki Bitki Mühafizəsi Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı çəyirtkələrin Gürcüstanın İori yaylasından Qax və Zaqatala rayonlarının arasındakı Qanıx və Alazan çayları vasitəsi ilə miqrasiya etdiyi müəyyən olunub.

İtaliya çəyirtkəsinin miqrasiyası axırıncı dəfə 2012-2014-cu illərdə baş verib. Çəyirtkələr kütləvi çoxalan illərdə kənd təsərrüfatı bitkilərinə böyük ziyan verir. Yovşan və yabanı dənli bitkilər olan çöllər, yovşanlı yarımsəhra yerlər və boş sahələr bu zərərvericilərin yaşayış yerləridir. Çöllərdə, qumlu və gilli torpaqlarda yumurta qoyurlar. Çünki belə torpaqları günəş yaxşı qızdırır.

Kimyəvi mubarizəni həmişə küləyin istiqamətinə perpendikulyar şəkildə, sahənin qurtaracağında başlamaq lazımdır. Mübarizə zamanı küləyin sürəti 5m/san-dən çox olmamalı, traktorun hərəkət sürəti isə 7 km/saat olmalıdır. Dərman preparatları kənarda həll edilib
tokulməlidir.

Çəyirtkələrin Azərbaycana kütləvi axınının qarşısı alınıb


Çəyirtkələrin Azərbaycana kütləvi axınının qarşısı alınıb

Son xəbərlər

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bütün xəbərlər