dunya
16.07.2018, 08:46
Nigeriyada 70 hərbçi itkin düşüb

Nigeriyanın şimal-qərbində “Boko Haram” radikal dini qruplaşma üzvlərinin hücumundan sonra 70-dək hərbçi itkin düşmüş elan edilib.
dogruxeber.tv-in “Sinxua”a ya istinadən verdiyi xəbərə görə, insident ötən gün Bam şəhəri yaxınlığında baş verib. Silahlılar 8 yük maşınından ibarət hərbi konvoya hücum ediblər.
İtkin düşmüş hərbçilərdən 5-nin zabit olduğu bildirilir.


