Deputatın obyektində nələr baş verir? – İTTİHAM













“Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm”. Bu sətirlər Hippokrat adından bir sitatdır. Hippokrat andı həkimlərin Tanrıdan sonra ən ali səcdəgahıdır. Amma Azərbaycan səhiyyəsində xidmət edənlərin neçə faizinin Hippokrat andına sadiq olduğunu təxmin etmək çox çətindir. Hətta mümkün deyil.
Onların nifrət və qəzəb doğuran hərəkətlərinin dəfələrlə şahidi olmuşuq: həkim səhlənkarlığından ölümlər, pulu olmayan xəstə baxılmaması, səhv diaqnoz və müalicələr, dərmanların satışı, yoxsula, təcili əməliyyata ehtiyacı olan kasıblara zərrə qədər mərhəmət göstərməmək – Hippokrat andında olmayan, Azərbaycan səhiyyəsində isə olan hallardır.
Bunun üçün çox uzağa getmək də lazım deyil: Milli Onkologiya Mərkəzinin qapısından həkim otağına, müayinəxanadan əməliyyat stoluna qədər pul, pul və yenə pul tələb olunur. Pulun yoxdursa, bədənindəki o zəhrimar şişin torpağa gedənə qədər yayılmasına məhkumsan. Neçə-neçə yalvarışlar, göz yaşları, imdad çığırtılarına baxmırlar, ölümlə əlləşən xəstələri soğan qabığı kimi soyurlar – antiMilli Onkologiya Mərkəzinin işçiləri…
Onlara fərq etmir ki, xəstənin həyatı ağırdır, yaşayışı necədir, əsas həmin gün gəliri olsun, axşam ailəsinə gedəndə fərasətli, pulqazanan adam kimi ad çıxarsın. Və ən dəhşətlisi budur ki, hansısa uşaq poliklinikasında, mərkəzi xəstəxanada yaxud adi tibb ocağında rüşvət baş alıb getsə, yenə də Azərbaycan reallıqlarına uyğun anlayarsan.
Amma söhbət xərçəng xəstəliyindən əziyyət çəkən, yaşamağa ümidi az olan adamların yaxınlarından pul qoparılmasından gedir. Onların pulu da gedir, xəstənin sağalmasına nicat da yoxdur.
AntiMilli Onkologiya Mərkəzinin işçiləri isə qurulan sistemə biət edərək, rüşvəti xərçəng kimi bütün mərtəbələrə yayıblar. Bu işin başında kim durur sualına gəlincə, təqdim etdiyimiz linkdə onların (http://mom.gov.az/?smode=idare-heyeti) kimliyi aydınlaşır.
Xüsusən də baş direktorun müavini, parlamentin üzvü olan deputat Kamaləddin Qafarov MOM-da tükürpədici şərait yaradıb. Bir gün canından bezmiş, səfalət içində yaşayan xəstələrdən biri özünü Milli Onkologiya Mərkəzinin qarşısında yandırsa, heç bir təəccüb doğurmaz. Çünki mətbuat ardıcıl yazıb, hüquqşünas Alsan İsmayılov dəfələrlə problemi ictimailəşdirib, jurnalistlər MOM-dan rüşvət videolarını yayıblar, di gəl çi fayda?!
Anaxeber.Azmediaya istinadla yazır ki, insanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır.
Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. Kimyaterapiya 300 manatdır.
Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir.
Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Bu faktları təqdim edəcəyimiz videolardan da görmək olar.
Həmçinin, sosial şəbəkələrdə yazırlar. Məsələn, Səbuhi Hüseynov yazır: “6 il əvvəl şahidi olmuşam. Elə murdarlar var ki…bütün xərclər həkimə yox, kassaya ödənilirdi”.
Ruslan Əfəndi yazır: “Leukeran qan xərçnəgində xlorombusil pereparatlardandir. Pulsuz verilməlidir, 25 manata satılır”.
Rada Əliyeva: “MRT üçün 110 manat yerinə 55 manat verdim, nazirliyin işçisi olduğumu dedim, az qala məni güllələsinlər”.
Dəyanət Sabir Ağayev: “Qohumum Fərəcova Leyla Baba qızı Mərkəzi Onkoloji Mərkəzdə pullu müayinə edildi və 600 manat çıxdı.
Pulu çatmadığına görə əvvələ Gəncədə, sonra ev şəraitində müalicə edildi, axırda dünyasını dəyişdi. Bu faciəni bu sistemi quranların da başına gəlməsini arzulayıram”.
Və saysız-hesabsız belə şikayətlər, məlumatlar şərhlərdə yer alıb. Onlar bu səhiyyə ocağındakı dəhşətlərdən söz açıblar. Amma indiyə qədər heç nə dəyişməyib.
Amma ölüm ayağında olanlara MOM rəhbərliyi tərəfindən heç bir mərhəmət göstərilmir. Deputat K.Qafarov seçicilərinə laqeyd olduğu kimi, həkim peşəsində də ağır xəstələrə qarşı biganədir.
Axı bu mərkəzə gələnlər qrip, bağırsaq çöpü olan, ya da böyrək daşı olanlar deyil, onlar ölümlə çarpşırılar, yaşamaq üçüm mübarizə aparırlar, amma belə həssas məsələyə bazarlıq gözü ilə baxırlar. Bunu Allah da bağışlamaz, qanunlar da…
Əvəzində isə bu il Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” MMC ilə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb. Deyərsiniz ki, hə, nə olsun?
Məsələnin mahiyyəti odur ki, şirkət bu müalicə mərkəzinin direktor müavini, həmçinin parlamentin deputatı olan Kamaləddin Qafarova məxsusdur. Deçəyə başqa söz qalmır, şərhsiz…
Xatırladaq ki, dövlət satınalmalar reyestrinə əsasən, yanvar və mayda “Azəri Med” MMC MOM-dən ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə imzalayıb.
Şirkət avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb. “Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat).
Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirirdi.
Satınalmalar üzrə dövlət portalında 2017-2018-ci illərdə bununla bağlı tenderlərin elan edilməsinə dair məlumat yoxdur. “Azəri Med” MMC (VÖEN 1500072561) 2004-cü ildə təsis edilib.
Müstəqil qiymətləndirmələrə görə, şirkət Azərbaycana dərman preparatları və tibbi avadanlıq idxal edən şirkətlərin ilk onluğuna daxildir.
Kamaləddin Qafarov “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir. Daha iki şirkət (“Cardinal Health” və “Ruslan-Az”) ləğv edilmə mərhələsindədir. (Anaxeber.az)



Oxunub: 1 057

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər