Gəncə hadisələri ilə bağlı ictimai müzakirə keçirilib













Bu gün Beynəlxalq Diaspor Mərkəzinin və Milli QHT Forumunun təşəbbüsü ilə Gəncə şəhərində baş vermiş məlum hadisələrlə bağlı ictimai müzakirə keçirilib. Azinforum.az xəbər verir ki, hadisələr zamanı şəhid olmuş polis zabitlərinin xatirəsi yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan BDM sədrinin birinci müavini Samir Adıgözəlli bu günlərdə Gəncədə törədilmiş terror hadisəsinin ölkəmizə qarşı xaricdən hazırlanan plan olduğunu və bunun Azərbaycanda sabitliyin pozulmasına yönəlmiş bir addım olduğunu bildirib. Tədbirdə BDM sədri İsmayıl Ağayev çıxış edərək bu hadisələrin ictimaiyyətdə ciddi narahatçılıq yaratdığını və heç şübhəsiz ki, dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn bir cəhd olduğunu qeyd edib. Müzakirələrdə çıxış edən Azərbaycan-Çexiya Dostluq Cəmiyyətinin sədri prof. Azər Kərimovson olayların xaricdə yaşayan soydaşlarımızı da ciddi narahat etdiyini və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının müstəqilliyimizi müdafiə etməyə borclu olduğunu bəyan edib. Daha sonra Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək, Azərbaycanın inkişaf səviyyəsinin güclənməsindən narahat olan antimilli qüvvələr tərəfindən Gəncədə törədilən hadisənin terror aktı olduğunu bildirib. O, eyni zamanda, ölkəmizin dünyada ictimai-siyasi sabitliyin bərqərar olduğu dövlətlərdən biri kimi öz yoluna davam edəcəyini qeyd edib. İctimai müzakirələrdə çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, Əsgər Ailələrinə dəstək İB-nin sədri Mətanət Əsgərqızı, Vətəndaşların Sosial Rifahi Naminə İB-nin sədri İradə Rizazadə, Vətən Qeyrəti İB-nin sədri Əlipaşa Nəsirli və başqaları çıxış edərək QHT-lər olaraq ölkəmizin ictimai-siyasi sabitliyini pozmağa çalışan bütün qüvvələrin qarşısında, dövlətçiliyimizin isə keşiyində olduqlarını bəyan ediblər. Müzakirələrdə xarici dairələrin əlində alət olan şəxslərin əməlləri birmənalı olaraq pislənmiş və müstəqilliyimizə qarşı yönəlmiş istənilən cəhdin xalqla hakimiyyətin birliyi sayəsində iflasa uğrayacağı qeyd edilib.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər