Erməni lobbisi Cocuq-Mərcanlı konfransında Ermənistana meydan oxumuş rus jurnalisti “vurdu”










Samir Adıgözəlli: “Putinin qərarını geri oxutdura bilmərik, amma Şevçenko kimi adamlara dəstək olmaqla biz də başqa bir yanaşmanı ortaya qoya bilərik”



Rusiya Federasiyasının Prezidenti Vladimir Putin jurnalist və teleaparıcı Maksim Şevçenkonu Millətlərarası Münasibətlər Şurasının üzvlüyündən çıxarıb. Putin imzaladığı fərmanla Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının tərkibində dəyişikliklər edib.

Dəyişikliklərdən sonra M.Şevçenko şura üzvlüyündən çıxarılıb. Baş nazirin keçmiş müavini Aleksandr Xloponin də Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının tərkibinə daxil edilməyib. Onların şura üzvlüyündən çıxarılmasının səbəbi açıqlanmayıb.

Lakin Maksim Şevçenko “Exo Moskvı” radiosuna müsahibəsində bildirib ki , o dəfələrlə Millətlərarası Münasibətlər Şurasının iclasının çağırılmasına çalışıb.

“Ölkədəki kütləvi həbslər, paytaxt Moskvada naməlum silahlı qruplaşmalar tərəfindən sərt rəftarla bağlı vətəndaşlar güc strukturlarının və jurnalistlərin iştirakı ilə rezonans doğuran açıq iclasın keçirilməsini tələb edirlər”, – deyə Şevçenko bildirib. Onun sözlərinə görə, şura üzvlərinin əksəriyyəti daxili yazışlmalarda iclasın çağırılmasını dəstəkləyib.

Rusiya Prezidentinin mətbuat katibi isə Maksim Şevçenkonun Millətlərarası Münasibətlər Şurasının üzvlüyündən çıxarılmasını şərh etməyib.

Rusiya Prezidentinin fərmanına əsasən, Rusiyanın elm və ali təhsil naziri Mixail Kotyukov, baş nazirinin müavinin Vitali Mutko və “Rusiya Xalqlarının Assambleyası” Ümumrusiya İctimai Təşkilatı Şurasının başçısı Svetlana Smirnova qurum üzvləri siyahısına daxil ediliblər.

Xatırladaq ki, Maksim Şevçenko Azərbaycana yaxınlığı ilə də tanınır. O, sonuncu dəfə Azərbaycanda iyulun 1-də olub. Jurnalist işğaldan azad olunan Cəbrayılın Cocuq Mərcanlı kəndində keçirilən “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransında iştirak edib. Məhz həmin hadisədən sonra erməni lobbisi konfransda iştirak edən ictimai-siyasi fəallara qarşı hücuma keçib. Şevçenkonun belə aqibətlə üzləşməsində Rusiya hakimiyyəti daxilindəki erməni lobbisinin nə dərəcədə rolu ola bilər?



Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələdə ermənilərin nə dərəcədə əlinin olub-olmamasını bilmək üçün onların mediasına diqqət etmək lazımdır: “Erməni mətbuatı bu hadisəni birbaşa Şevçenkonun Azərbaycana etdiyi səfər və ortaya qoyduğu prinsipial mövqeyi ilə izah edirsə, deməli, məsələdə onların əlinin olması şəksizdir. Biz bilirik ki, erməni lobbisi bütün dünyada güclü dayaqlara malikdir. Onların güclü olduğu ölkələrdən biri də məhz Rusiyadır. Belə hallar dəfələrlə olub. Bir müddət əvvəl başqa bir tanınmış jurnalist Rusiyanın nüfuzlu KİV-lərindən birində erməniləri haqlı tənqid etmişdi. Ona qarşı da ciddi antitəbliğat aparıldı və nəticədə həmin adam publik şəkildə üzr istəməyə vadar oldu. Bütün bunlar onu deməyə əsas verir ki, məsələ ciddidir. Biz yaxınımıza gələn adamların ermənilərin əli ilə linç olunmasına imkan verməməliyik. Əks təqdirdə köməksiz qalarıq. Onlar da bununla göz qorxutmaq istəyirlər ki, kimsə Rusiyada bir də belə risq edib bizə yaxın gəlməsin. Təbii ki, biz Putinin qərarını geri oxutdura bilmərik, amma Şevçenko kimi adamlara dəstək olmaqla biz də başqa bir yanaşmanı ortaya qoya bilərik. Sübut etməliyik ki, bizim haqq mövqeyimizi dəstəkləyənləri yarı yolda qoymuruq. Hesab edirəm ki, əlaqədar qurumlar və diaspor təşkilatları bu məsələnin fərqinə varmalıdırlar. Biz bunu boş buraxsaq, pis presedentin əsası qoyula bilər”.

Məhəmmədəli QƏRİBLİ

Erməni lobbisi Cocuq-Mərcanlı konfransında Ermənistana meydan oxumuş rus jurnalisti “vurdu”

Oxunub: 986

Son xəbərlər

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Bütün xəbərlər