Gəncə olayı ilə bağlı həbs edilənlərdən biri baş redaktoru hədələyirmiş













Gəncə olayları ilə bağlı həbs edilənlərdən biri illər öncə “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanovu təhqir edərək, hədələyib. Baş redaktor bu barədə keçirilən tədbirlərin birində açıqlayıb.

Baş redaktoru hədələyən konkret kim olub? Rəfail Becanov həmin şəxs barəsində şikayətçi olacaqmı? Olaya səbəb nə olub?

Məsələ ilə bağlı Rəfail Becanov “Yeni Müsavat”a danışıb. Baş redaktor qeyd edib ki, konkret olaraq həmin şəxs barəsində heç bir şikayəti yoxdur: “2015-ci ilin noyabrında sosial şəbəkədə Elçin Qasımov adlı istifadəçinin adından ”polis idarələrini, maşınlarını yandırın, daşlayın” deyə çağırışlar edilmişdi. Bizim qəzet və saytımız bu məsələni ictimailəşdirdi, hesab etdik ki, bu təhlükəli çağırışdır. Hətta məsələ ilə bağlı hüquqşünas Mehman Muradlıdan müsahibə aldıq. Yazımızdan sonra sosial şəbəkələrdə təhqir və təhdid olunmağa başladıq.

Qeyd edim ki, adı çəkilən Elçin Qasımov “Müsəlman Birliyi Hərəkatı” təşkilatın sədr müavini kimi təqdim olunurdu. O, 2015-ci ilin noyabrında Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə və polisə müqavimət göstərdiyinə görə saxlanılaraq 30 sutka həbs edilmişdi. Bundan sonra sosial şəbəkələrdə onun profili vasitəsi ilə polislərə qarşı təhlükəli çağırışlar olmuşdu.

Beləliklə, biz bu məsələni ictimailəşdirdiyimə görə qəzet və saytımız, o cümlədən şəxsən mən təhdid və təhqirlərə məruz qaldıq. Bütün bunlar sosial şəbəkələrdə baş verdi, biz bunu informasiyaya çevirmədik. Onların arasında xüsusən özünü dindar kimi qələmə verən Samir İbrahimov adlı şəxs fəallıq göstərir, qəzetimizin müxtəlif şəkillərini yayıb, təhqir edirdi.

Bildirim ki, yazılarımızda söhbət onların dindar olmasından deyil, radikal hərəkətlərindən, təhlükəli çağırışlarından gedirdi”.

Xatırladaq ki, Samir İbrahimov bu ilin 10 iyul tarixində Gəncə şəhərində törədilən cinayətlərlə bağlı həbs edilib. O, gecə saatlarında Azərbaycan – Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər