Gənc hüquqşunas vəkil andı içdi – FOTO

















İyulun 19-da Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin, KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

VK-nın sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının rolunun məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.

A.Bağırov tədbir iştirakçılarına VK-nın cari fəaliyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanları və bu imtahanlar nəticəsində VK-nın üzvlərinin sayının 1500-ü ötdüyünü bildirib:

“Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycanda vəkilliyə böyük həvəs və maraq var”. A.Bağırov bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək: “Ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur. Yəni bu gün daha 264 vəkilliyə namizədin and içməsi ilə bu rəqəm 1500-ü keçəcək”.

Sədr qeyd edib ki, vəkilliyə böyük həvəs var: “Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır. Vəkillik təsisatının tarixində yeni inkişaf mərhələsi yaşanır. Əvvəllər nisbətən yaşlı insanlar vəkil olmaq istəyirdilərsə, indi gənclərin vəkilliyə böyük marağı və həvəsi müşahidə olunmaqdadır. Elə 264 nəfərin 82 faizini 40 yaşa qədər olanlar təşkil edir. Bununla yanaşı, vəkilliyə maraq göstərənlər arasında hüquq-mühafizə orqanlarında çalışan insanlar-müstəntiqlər, prokurorlar da var. Bu, vəkilliyin necə də önəmli peşə olduğuna daha bir nümunədir. Həmçinin, Rəyasət Heyətində təmsil olunmaq istəyən elm adamlarımızın, hüquq elmləri doktorlarının sayında bir artım var. Onlar bizə Rəyasət Heyətində təmsil etmək üçün müraciət ediblər və hazırda Rəyasət Heyətində 6 nəfər hüquq elmləri doktoru var”.

Azinforum.az olaraq bildiririk ki, vəkilliyə qəbul edilənlər sırasında gənc və perspektivli hüquqşunas olan Tumasov Vüqar Əjdər oğlunun da var. Bu şərəfli adı qazanması münasibətilə gənc vəkilimizi təbrik edirik, ona gələcək fəaliyyətində uğur və müvəfəqiyyətlər arzulayırıq.

Almaz Səfərli,

Azinforum.az

Gənc hüquqşunas vəkil andı içdi – FOTO

Gənc hüquqşunas vəkil andı içdi – FOTO

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər