Fateh Sultan məscidini “bombalamaq istəyən” general Bakıya təyinat aldı








Türkiyə silahlı qüvvələrinin generalı, 8 il əvvəl qurama “Balyoz” işinə görə həbs edilən və 3 il həbsdə yatan Ali Demir Bakıya hərbi attaşe təyin edilib. Türkiyə KİV-ləri xəbər verir ki, generalın Bakıdakı Türkiyə səfirliyinə hərbi attaşe-daxili işlər müşaviri təyin edilməsi barədə sərəncam imzalanıb.

General Ali Demir 2010-cu ildə, Fətullah Gülən təriqətinin Türkiyə dövlətini faktiki idarə etdiyi vaxtlarda həbs edilmişdi. Həmin il yanvarın 20-də fətullahçıların ruporu olan “Taraf” qəzeti belə manşetlə çıxmışdı: “Fatih Camisi bombalanacaqdı”.



Qəzet Türkiyənin ədliyyə sisteminə nəzarət edən fətullahçıların uydurduğu hərbi çevriliş planı barədə bəhs edirdi. Bildirilirdi ki, Birinci ordu komandanı Çetin Doğan və xuntasının 2003-cü ildə hazırladıqları hərbi çevriliş planı ələ keçib. Belə ki, 29-u general olmaqla 162 zabitin qatıldığı gizli toplantıda hazırlanan çevriliş planının kod adı “Balyoz” (“Kuvald”) olub.

İddia edilirdi ki, həmin vaxt Diyarbəkir jandarma komandanı Ali Demir də bu plana yer alıb. Onun adından “Çarşaf eylem planı” adlı saxta sənəd hazırlanıb və guya general Demir daha 8 zabitlə birlikdə İstanbuldakı Fateh Sultan məscidini, Eyüp və İsmayılağa məscidlərini partlatmaq üçün kəşfiyyat, hazırlıq işləri aparıb.



Bu uydurma çevriliş planı “Taraf” qəzetində dərc edilən kimi prokurorluq orqanlarında hazır gözləyən fətullahçılar onlarla generalın, o cümlədən Ali Demirin həbs barədə sanksiya verdi. Demir həbs edildi və günahsızlığını sübuta yetirənə qədər 3 il həbsdə yatmalı oldu. Nəhayət Fətullah Gülən təriqəti ilə AKP arasında münasibətlər korlanandan sonra “Balyoz” işinə görə tutulanlar azad edildi və onlara bəraət verildi. Virtualaz.org


Fateh Sultan məscidini “bombalamaq istəyən” general Bakıya təyinat aldı

Fateh Sultan məscidini “bombalamaq istəyən” general Bakıya təyinat aldı

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər