Ana və 4 qızını öldürüb, basdıranların həbs müddəti uzadıldı: qatillər ata və oğuldur













Salyanda ana və 4 qızını öldürməkdə təqsirləndiriən ata və oğul hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində Salyandakı dəhşətli qətli törətməkdə təqsirləndirilən Fərhad Əliyev və onun oğlu Fəqan Əliyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. İstintaq orqanın təqdimatı qismən təmin edilib, hər iki şəxsin həbs müddəti daha 3 ay artırılıb.

Xatırladaq ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.

Fakta görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri F.Əliyev və oğlu F.Əliyev tərəfindən öldürülməsi ilə bağlı şübhələr ortaya çıxıb. Onlar şübhəli şəxs qismində tutulublar.

Xatırladaq ki, ana və 4 qızının bir neçə il əvvəl itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. Onların ölkəni tərk etməsi ilə bağlı iddialar səsləndirilirdi. Daha sonra “Səni axtarıram” verilişində cinayət işinin üstü açılmışdı. Ata və oğul özlərini şübhəli apardıqlarından saxlanılmışdı.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər