“Kəbini qəbul etmirəm, məndən 8 min nəfər ayrılıb” – Adnan Oktar
















İstanbul Maliyyə Cinayətləri üzrə Mübarizə Şöbəsinin Adnan Oktar və qruplaşmasına qarşı təşkil etdiyi əməliyyatda 169 nəfər həbs olunmuşdu.

Aznews.az “Akşam” qəzetinə istinadən bildirir ki, Oktardan soruşulmuş suallardan biri pasportunun olub-olmadığıdır. “Heç vaxt ölkədən kənara çıxmadım, kommunistlərin basqılarına görə, İstanbul Fəlsəfə Elmlərini üç il oxuya bildim” – deyən A.Oktarın əməliyyatda ələ keçirilmiş, heç yerdə işləmədiyi halda mənbəyi bilinməyən nəğd pulları ilə bağlı da dəqiq cavab verməyib.

O, deyib ki, hansısa şirkəti yoxdur, sadəcə, yazıçılıq edir və aylıq 3.000-3.500 lirə arası pul qazanır. Oktar istintaq vaxtı heç bir mühasib, kassa və ya maliyyə qurumunun olmadığını bildirib. O, qazandığı bütün pulları cibinə qoyduğunu və heç bir bankda saxlamadığı ilə bağlı ifadə verib. Hətta anasından bəzən xərclik üçün pul aldığını da vurğulamış Oktar “yaxşı dostlardan ibarət qrup” olduqlarını deyib.

“Müsəlman olmaq demək onsuz da biri-birini qorumaq, cavabdeh olmaqdır. Bu, Allaha verilmiş bir sözdür, başqa and yoxdur” – şəklində ifadə vermiş Adnan Oktar imam nikahını da qəbul etmədiyini, 8 min nəfərdən çox tanışının ondan ayrıldığını bildirib. O, İslamda məcburiyyət olmadığını, kimin necə istəsə, elə davrana biləcəyini də əlavə edib. Xarici ölkələrdə kitablarının paylanması ilə bağlı olaraq bunun özünün tapşırığı olmadığını, onu sevənlərin könüllü fəaliyyət kimi dəyərləndirdiyi yönündə danışmış Oktar belə işlər üçün vaxtının olmadığını, olsa da maraqlanmadığını vurğulayıb.

Qeyd edək ki, Oktarla bağlı intihar olaylarında da diqqət çəkən məqam var. 2000-ci ildə Büyükçekmecede intihar etmiş Nuray Tınarın qardaşı Saleh Tınarın da Adnan Oktarın yaxın adamı olduğu öyrənilib. O, iyulun 11-də saxlanılıb. Tınarın həm də “Global” nəşriyyat şirkəti ilə əlaqəli olması faktı da mövcuddur.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər