AAK-ın sədr əvəzi haqqında şok faktlar üzə çıxır – Onun doktorluq diplomu da şübhə altına alınır










Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovdan narazılıqlar artır.
Məlumata görə, Vəli Hüseynovun problem yaratdığı təkcə AAK-ın əməkdaşı, filologiya elmləri doktoru, professor Səadət Zeynalova deyil. Bildirilir ki, V. Hüseynova qarşı məhkəmədə iddia qaldırmaq və onun “əməllərinə” görə müvafiq qurumlara şikayət etmək istəyən xeyli sayda insan var. Bunun səbəblərindən biri kimi elmi dərəcələrin və elmi adların AAK tərəfindən təsdiqi zamanı V. Hüseynov tərəfindən yaradılan süni maneələr göstərilir.
Şikayətçilər ölkə KİV-lərinə müraciətlərində bildirirlər ki, AAK-ın Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi Qaydaları” haqqında 25.05.1996-cı il (protokol 15-r) qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycandan kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçirilməlidir.
Yəni həmin diplom respublikamızın ərazisində tanınması (nostrifikasiya) üçün müvafiq prosedurlardan keçirilməli və müsbət qərar verildiyi halda AAK-ın diplomu təqdim olunmalıdır.
Reyting.azsaytına da göndərilən müraciətdə iddia olunur ki, Vəli Hüseynov digərlərinə əsassız maneələr yaratsa da, onun vaxtilə Rusiyada aldığı elmlər namizədi diplomu Azərbaycanda təkrar tanınmadan keçməyib:
“Vəli Hüseynov fəlsəfə doktoru dissertasiyasını “Нейтрин-лептонные процессы во внешном магнитном поле” mövzusunda 21 aprel 1994–cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini alıb.
Deməli, AAK-ın Rəyasət Heyətinin məlum qərarına əsasən, Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı diplom Azərbaycanda təkrar attestasiyadan keçirilməli idi. Ancaq belə prosedur olmayıb və Vəli Hüseynov təkrar attestasiyadan keçmədən doktorluq dissertasiyasını müdafiə edərək onu təsdiqlədib. Yəni, doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilib. Bu səbəbdən Vəli Hüseynovun doktorluq dissertasiyası legitim deyildir”.
Hələlik adlarının çəkilməsini istəməyən şikayətçilər bildirirlər ki, V. Hüseynovun fizika-riyaziyyat elmləri namizədi kimi işlədiyi təşkilatda aldığı məvacib də qeyri-qanuni sayılmalıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova yaxın olan elm adamları bildiriblər ki, əgər Vəli Hüseynov adını çəkmək istəmədikləri qəzetlərdən birinə köməkliyini davam etdirsə, onun elm sahəsindəki digər biabırçı faktlarını ictimaiyyətə açıqlayacaqlar:
“Biz bu faktları əldə etmək üçün 4 aydan çoxdur araşdırma aparırdıq. Əldə olunan faktlar çox ciddidir”.
Şikayətçilər sonda müvafiq qurumlara belə bir sual da ünvanlayıblar:
Niyə dünyanın nüfuzlu universitetlərində elmi iş müdafiə etmiş Azərbaycan vətəndaşları böyük əzab-əziyyətlə AAK-da təkrar attestasiyadan keçirlər, Vəli Hüseynov bu prosedurdan keçməsin?
P.S. Redaksiya V. Hüseynovun da mövqeyinə hörmətlə yanaşır və iddialara cavab verməsi üçün ona da yer ayırmağa hazırdır.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər