Telefonlara tətbiq olunan rüsumun səbəbləri – VİDEO













Şəxsi istehlak üçün Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu artırılıb. Təsdiq olunan rüsum məbləğlərinə görə yeni qiymət 30 manatdan 150 manata qədər təşkil edir. İndiyədək telefonların bu məbləğ 5 manat idi. Bəs rüsumun artırılması ölkəyə gətirilən mobil telefonların sayına, satış qiymətinə və yaxud alıcı qabiliyyətinə necə təsir edəcək?

Mehdi Ənvər – Turist: “Bizim adamlar çox gəlir Bakıya. İldə 2-3 dəfə gəlirlər. O telefonu 1 ay işlədə bilərsən sonra bağlanır. Qeydiyyatdan keçməlisən. Bizə bu heç sərf etmir, bahadır”.

Mehdi Ənvər deyir ki, Bakıya 6 ay əvvəlki gəlişində mobil telefonunu 5 manata qeydiyyatdan keçirib. Bu dəfə həmin telefon üçün 150 manat, xanımının bir qədər aşağı sinifdən olan telefonu üçün 30 manat qeydiyyat rüsumu tələb olunub. Mehdi kimi İrandan və digər yaxın ölkələrdən Azərbaycana mütəmadi səfər edən insanlar çoxdur. Elə xaricdə sərfəli qiymətə rast gəldiyi mobil telefonu şəxsi istifadəsi üçün alıb ölkəyə gətirən vətəndaşlarımız da az deyil. Yeni rüsum məbləğini nəzərə aldıqda sərfəli qiymət anlayışı aradan qalxmış olur. Yeni rüsum məbləğinin daxili bazara təsiri, telefon mağazalarında qiymət artımının yaşanıb yaşanmayacağı maraqlıdır.

Satıcılar yeni rüsumun mağazalardan çox alıcılara təsir edəcəyini deyirlər.

Pünhan Nəsirov – Satıcı: “Bizim kimi mağazalara demək olar ki, elə də böyük təsiri yoxdur. Çünki, belə deyək, əvvəllər telefonu 269 manata satırdım. Bəzi yerlərdə ucuz satırdılar deyə, satışım az idi. Alıcıya bu sərf etmir. Çünki 200 manatlıq telefona gücü çatdığı halda Azərbaycana gəlib çıxan telefonun qiyməti bir az da qalxır”.

İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz qərarın sırf şəxsi istehlak adı ilə gətirilən telefonların satışa çıxarılması hallarının qarşısını almaq məqsədi daşıdığını deyir.

Osman Gündüz – Ekspert: “Şəxsi məqsədlər üçün Azərbaycana telefon gətirənlər arasında telefonun satışını həyata keçirənlər də var. Deyək ki mindən biri. Şirkətlər də iddialıdırlar ki, bu məqsədlə satılan telefon onların bazarına təsir edir. 5-10 nəfər hər hansı qurumun nəzarətindən kənarda biznes ilə məşğul ola bilirsə, 100.000-lərlə insan bunların güdazına getməlidir”.

Xaricdən fikizi şəxslərin gətirdiyi mobil telefonlar üçün qeydiyyat rüsumu belədir: Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 100-200 dollar arası 50 manat, 200 dollardan 400 dollara qədər oloan telefonlar üçün – 60 manat, 400-700 dollarlıq telefonlara – 70 manat, 700-1000 dollar arası olduqda 100 manat, 1000 dollardan yuxarı telefonlar üçün isə 150 manat göstərilir.

Son xəbərlər

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Bütün xəbərlər