Hacı İbrahimin də həbsi istənilir… – Sahibkar 6 ildir haqqını bərpa edə bilmir










İçki içməyindən fəxrlə danışan “Hacı” İbrahim Nehrəmli banklara 850 milyon və Elşad Məmmədova “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat borcu olduğu haqda gedən məlumatları qətiyyətlə təkzib edir. Hətta bir ara bəyan edirdi ki, Beynəlxalq Banka cəmi, faizlərlə birlikdə 78 milyon kredit borcu var, bunun əvəzində 150 milyonluq girov qoyub.Hətta bir ara bəyan edirdi ki, Beynəlxalq Banka cəmi, faizlərlə birlikdə 78 milyon kredit borcu var, bunun əvəzində 150 milyonluq girov qoyub.

“Bandotdel”dən çıxdıqdan sonra “yaddaşı” özünə qayıdan İ.Nehrəmli mediaya açıqlamasında təkcə Beynəlxalq Banka 430 milyon dollar borcu olduğunu etiraf etmişdi.

İbrahim Nehrəmlinin bu etirafları və rəqəmləri tez-tez dəyişməsi onun növbəti ifşası olmaqla yanaşı, dövlətin 100 milyonlarla pulunun havaya sovrulduğunu, talandığını ortaya çıxardı. Hər halda heç bir girov qoyulmadan Hacı İbrahimə Beynəlxalq Bank bu qədər böyük həcmdə kredit verilməsinə başqa ad tapmaq çətindir.Bundan əlavə rəhbərlik etdiyi “Avesta Concern”ndə işə götürdüyü dünyanın populyar modellərinə də İ. Nehrəmlinin böyük pullar xərcləfdiyi bildirilir. Bunların arasında “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloderin və həmin müsabiqədə “Miss Khazar Islands” seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçin adları xüsusi qeyd edilir.

Bundan əlavə xaricdə ailə üzvlərinin adına dəbdəbəli mülklər aldığına, biznes qurduğuna dair iddialar var. Bu iddiaların nə qədərinin doğru olduğunu söyləyə bilməsək də, İ.Nehrəmlinin kredit borcunu ödəyə bilmədiyi, bu üzdən də “Bandotdel” “macərasının” davam etdiyi məlumdur. Bu “macəranın” hələ nə qədər davam edəcəyi isə məlum deyil…

Etdiyim bütün müraciətlər cavabsız qaldı

Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib. Məhkəmələrə müraciət edən iş adamı heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlamışdır.

Qazaxlı iş adamı Elşad Məmmədov: «Etdiyim bütün müraciətlər cavabsız qaldığı üçün, təhdidlərə məruz qalaraq üç az yaşlı övladımla Azərbaycanı tərk etmək məcburiyyətində qaldım və ölkəni tərk etdim»

Qeyd etməliyik ki, bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş Qazax rayon sakini Elşad Məmmədovun başına gələnlər artıq bir neçə dəfə müxtəlif kütləvi informasiya vasitələrində ictimai müzakirəyə çıxarılıb. Bununla belə oxucularımızın və xüsusən də müvafiq instansiya rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə yaranmış insidenti təfərrüatlarını bir daha xatırlatmaq qərarına gəldik. Beləliklə, E.Məmmədov öz ərizəsində bildirir ki, o, 2012-ci ilin fevral ayında Orxan Sadıxov adlı bir şəxsin vasitəçiliyi və müşayiəti ilə, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun rəhbərlik etdiyi “Avesta Konserni”nin Bakının Atatürk prospektində yerləşən ofisinə gəlmişdir. Burada E.Məmmədov “Avesta Konserni”nə daxil olan “Həsən 96” MTK tərəfindən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayır. Bu mənzillərin qiyməti isə müvafiq olaraq 252 min manat və 103 min manat məbləğində müəyyənləşdirilir. Prosesdə konsernin Zülü adlı daha bir əməkdaşı da iştirak edir. “Həsən 96” MTK tərəfindən verilmiş və MTK-nın sədri E.H.Tağıyev tərəfindən imzalanmış maliyyə arayışında isə qeyd olunur ki, həmin mənzillərin dəyəri Elşad Məmmədov tərəfindən MTK-ya tam ödənmişdir.

Üstündən 6 ildən çox ötməsinə baxmayaraq Elşad Məmmədov mənzillərinə sahib dura bilmir. Çünki “Avesta”nın prezidenti Hacı İbrahim buna imkan vermir.

Elşad Məmmədov deyir ki, bu altı il ərzində çəkmədiyi zülmlər qalmayıb:

“Bütün pullarımı o iki mənzili almaq üçün ödədim. İndi evsizəm, üç azyaşlı övladımla ölkəni tərk etmişəm. Məhkəmələrə müraciət edirəm heç bir xeyri olmur, bütün dövlət qurumlara şikayət yazıram, kimsə mənim haqqımı qorumur. Əksinə, Hacı İbrahim müdafiə olunur”.\\mediaxeberleri.az\\

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər