Paşinyan Ermənistandakı inqlabı maliyyələşdirən varlı erməniləri Rusiyada “yandırdı”













Məlumdur ki, Ermənistanda “məxməri inqilab”ı maliyyələşdirənlər sırasında Rusiyada yaşayan çoxsaylı erməni “elitar” dairələr də olub. Bunu hələ ötən ay Sankt-Peterburqada erməni sahibkarlarla görüşən Nikol Paşinyan özü etiraf edib və bildirib ki, inqilabın davam etdirilməsi üçün Rusiyadan ilk pullar Saxalindən göndərilib.

Lakin Paşinyanın bu etirafı onun Rusiyadakı sponsorlarına baha başa gəlib. Paşinyanın açıq şəkildə Rusiyadakı tərəfdaşlarını işfa etməsi isə orada yaşayan və özünü indiyədək Rusiya yanlısı kimi qələmə verən erməni biznesmenlərinin narahatlığına səbəb olub. Aydınlaşıb ki, onların bu narahatlığı əsassız deyil.

Qeyd olunur ki, “Qazbank” guya “dostları üçün” digər banklarda dəfələrlə irimiqyaslı pul köçürmələri həyata keçirib. Bunu əsas gətirərək Rusiya Mərkəzi Bankı onun lisenziyasını əlindən alıb, bankın idarə heyəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə düşüb. Lakin görülən tədbirlərin başlıca səbəbi bankın Ermənistandakı siyasi çevrilişi maliyyələşdirməsi və Avetisyanın “məxməri inqilab”ın sponsoru olmasıdır. Hətta onun Paşinyanın qohumu olduğu da iddia edilir. Ermənistandakı aprel hadisələrini Rusiyanın Samara əyalətinin kredit təşkilatı, rəhbərlərindən birinin Qriqori Ohanesyanın olduğu “Aktiv Kapital Bank”ın da maliyyələşdirdiyi bildirilir. Bu bankın da lisenziyası əlindən alınıb. Məlumatlara görə, Ohanesyan bankdan oğurladığı 25 milyard rubl pulla Ermənistana gedib və inqilabçılara dəstək olub. Həmin pulların bir qismi Paşinyanın küçə aksiyalarının təşkilinə xərclənib. Amma indi bu qüvvələr sıradan çıxarılır. Paşinyana vaxtilə dəstək vermiş erməni əsilli iş adamlarının Rusiyada təqib olunmasının kökündə hansı amillər dura bilər?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində, bu cür addımları ilə Paşinyan öz tərəfdarlarını ciddi zərbə altında qoyub: “Paşinyan vaxtilə Rusiyada etdiyi etirafedici çıxışı ilə, ola bilsin, demək istəyib ki, ona təkcə Qərbdə məskunlaşan erməni lobbisi deyil, həm də Rusiyadakı erməni lobbisi dəstək verib. Bununla da göstərmək istəyib ki, o, konkret kiminsə deyil, dünyadakı bütün ermənilərin namizədidir. Guya bununla da təkcə Qərb tərəfindən dəstəkləndiyi şübhələri ortadan qaldırmaq istəyib. Amma tam əksinə alınıb. Paşinyan bu düşünülməmiş açıqlaması ilə ona dəstək verənləri zərbə altında qoydu. İnqilab zamanı ona dəstək verən ermənilər indi etdiklərindən bəlkə də peşmandırlar. Bütün bunlar Rusiyanın Paşinyanla münasibətlərinin daha da ziddiyyətləşməsindən xəbər verir. Ona dəstək verən erməni biznesmenlərinin təqibi məhz bununla əlaqəlidir. Bu həbslər Paşinyana təzyiq rıçaqlarından biridir. Əsas təzyiq rıçaqlarını ruslar hələ işə salmayıblar. Qeyd edim ki, Rusiyanın əsas təzyiq rıçaqlarını işə salması Azərbaycanın maraqlarına cavab verir. Belə olacağı halda, Azərbaycan üçün torpaqlarını qaytarmağa tarixi şans yaranır. İndiki durumda Azərbaycan iqtidarı və diplomatiyasının öhdəsinə böyük həcmli iş düşür. Həm siyasi, həm diplomatik, həm də hərbi meydanda Rusiyanı Ermənistan tərəfindən çəkib Azərbaycana daha da yaxınlaşdırmağı bacarsaq, bunun gözəl nəticələri olar”.

Məhəmmədəli QƏRİBLİ

Oxunub: 861

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər