idman
11.08.2018
“Mançester Yunayted” qələbə ilə başladı

İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib.
“dogruxeber.tv” xəbər verir ki, mövsümün ilk matçında “Mançester Yunayted” öz meydanında “Lester”i qəbul edib.
Joze Mourinyonun komandası 2:1 hesabı ilə qalib gələrək mövsümə uğurlu start verib. 3 xalı gətirən qolları 3-cü dəqiqədə penaltidən Pol Poqba, 83-cü dəqiqədə isə Luk Şou vurub. “Lester”in qoluna isə 90+3-cü dəqiqədə Ceymi Vardi imza atıb.
Qeyd edək ki, 1-ci turun digər oyunları 11 və 12 avqustda keçiriləcək.


