Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək














Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşəcək.

Günün ən diqqətçəkən matçında “Mançester Yunayted” “Sevilya”nı qəbul edəcək. İspaniyadakı qolsuz bərabərlikdən sonra cavab görüşünün nəticəsi böyük önəm kəsb edir. “Qırmızı şeytanlar” qarşılaşmaya ciddi itkilərlə çıxa bilər. Çünki Deyli Blind, Fil Cons, Pol Poqba, Ander Errera, Antoni Marsial və Markos Roxo kimi futbolçular zədədən əziyyət çəkirlər. Baş məşqçi Joze Mourinyonun adıçəkilən oyunçuların xidmətindən məhrum qalması istisna edilmir. “Sevilya”da heyətlə bağlı ciddi problem olmasa da, əndəlüs klubunun son vaxtlar əldə etdiyi nəticələr o qədər də ürəkaçan deyil. Əvəzində “mankunianlar” yaxşı forma yığıblar və qələbə seriyasını doğma azarkeşləri önündə davam etdirmək niyyətindədilər


“Qarabağ”ın yer aldığı qrupu qalib kimi tamamlayan “Roma” ilk görüşdəki məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmağa çalışacaq. Ancaq Ukrayna təmsilçisinin 2018-ci ildə keçirdiyi 5 rəsmi qarşılaşmanın hamısında qələbə qazandığını da vurğulamaq lazımdır. İstənilən halda A seriyasının son turlarında “Napoli” və “Torino”nu məğlub edən “canavarlar” cütlüyün favoritidir. 1:0 hesablı qələbə də italyanlara bəs edir. Ancaq "Şaxtyor"un kifayət qədər avrokubok təcrübəsi olduğunu da unutmaq olmaz.


Çempionlar LiqasI

1/8 final (cavab oyunları)

13 mart

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)


Roma, “Olimpiya” stadionu


İlk oyun - 1:2

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

Baş hakim: Danni Makkelye (Hollandiya)


Mançester, “Old Trafford” stadionu


İlk oyun – 0:0

Son xəbərlər

Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır

Maştağada yanğın olub

Məhərrəmlik ayı bu tarixdə başlayır

Mütəxəssislərdən qidalanma ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə və Ermənistan normallaşma və regional gündəmi müzakirə ediblər

Konqoda Eboladan ölənlərin sayı 60 nəfərə çatıb

Bu platformanın rəhbəri həbs edildi: Qanunsuz mərc oyunlarına təşviq etdiyi üçün

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Polşada hökumət məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Bütün xəbərlər