“ALLAH İLQAR MƏMMƏDOVA AĞIL VERSİN Kİ…” – YAP Siyasi Şurasının üzvü













“Azərbaycanda hər bir şəxs etdiyi əməllərə görə qanun qarşısında bərabər məsuliyyət daşıyır. İlqar Məmmədov cinayət etmişdi və etdiyi cinayətə görə də həbs edilmişdi. Arzum budur ki, Allah ona ağıl versin və bir də gedib həbsxanaya düşməsin. Hərəkətlərinə ciddi fikir versin”.

Bunları Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasına münasibət bildirərkən deyib.

“Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsini faktlarla göstərmək olar. Ölkəmizdə söz, mətbuat azadlığı, fikir plüralizmi mövcuddur, mətbuat üzərində senzura yoxdur, vətəndaş cəmiyyəti daim inkişaf edir” – E.İbrahimov əlavə edib.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb. Bu gün Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb.

Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub.

Oxunub: 877

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər