692 balla müəllimliyi seçdi: “Savadsız müəllimlər işdən çıxmırlar ki, boş yerlər açılsın”


















Son illər gənclərin maraq göstərdiyi peşələrdən biri də müəllimlikdir. Burada olan həvəsləndirici, əlavə təqaüdlərin də müəyyən rolu var. Bəzən, yüksək bal topladığı halda müəllimliyi seçənlər də olur.

Belə abituriyentlərdən biri builki qəbul imtahanında 692 bal toplayan Şəmkir rayonu Düyərli kənd 1 nömrəli tam orta məktəbin şagirdi Təranə Alıyevadır.

O, I ixtisas qrupu üzrə yüksək nəticə göstərək Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olub.

Moderator.az-ın məlumatına görə, Təranə AzEdu.az-a açıqlamasında bildirib ki, müəllimlik uşaqlıqdan arzusu olub:

“Seçimimdə balın təsiri olmadı. Aşağı bal da, yüksək nəticə də göstərsəydim, müəllimliyi seçəcəkdim. Yazdığım ilk ixtisasa düşdüm. Universitetə 2 il müddətində məşğələlərə gedərək hazırlaşmışam. Hazırlıq müəllimlərim arasında məktəbdən olanlar da var idi. Tərəddüdlü qaldığıma görə, fizika fənnindən 1 sualı cavablandırmadım. Sınaqlarda isə 636 bal toplayırdım”.

Təranə deyib ki, ailədə müəllim yoxdur, yalnız bacısı bu ixtisas üzrə təhsil alır:

“Bacımın bu sahədə təhsil alması da,məndə həvəs yaradıb. Yüksək bal topladığımı görəndə başqa ixtisası seçmək fikri yaranmadı. Bakı Dövlət Universitetini seçməyimə səbəb isə oranın yaxşı ali təhsil ocağı olduğunu düşünməyimdir”.

Tələbə bu sahədə olan problemlərdən də danışıb:

“Çox savadsız müəllimlər işdən çıxmırlar ki, vakansiya açılsın. Müəllim olacağım təqdirdə öz rayonumuzda işləməyi düşünürəm. Əgər yüksək bal toplasam vəziyyətə baxacam. Yüksək bal topladığımı görənlər deyirlər ki, aşağı bal toplayanlar da müəllimlik seçir, sən də. Bu ixtisası seçdiyimə peşman olacağımı düşünmürəm”.

Son xəbərlər

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Bütün xəbərlər