idman
18.08.2018
General Rəsul Çunayevin rütbəsini artırdı – FOTO

Azərbaycanın tanınmış yunan-roma güləşçisi, Avropa və dünya çempionu olan Rəsul Çunayevə baş leytenant rütbəsi verilib.
Bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Qeyd edək ki, Rəsul Çunayev DSX-nın zabitidir. I Avropa Oyunlarında qızıl medal qazanan idmançı 2015-ci ildə leytenant rütbəsinə layiq görülmüşdü.



