Uşaqların yanında qurban kəsmək olar? – Psixoloqdan AÇIQLAMA













Bəzi insanlar uşaqların yanında qurban kəsirlər. Bu isə yolverilməzdir. Çünki bu azyaşlılarda qorxu hissinin yaranmasına, sonradan hətta şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər”.
Bu sözləri Unikal.org-a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib. Psixoloqun sözlərinə görə, valideynlərin bu cür məsuliyyətsiz addımı sonradan azyaşlıların əsəblərinə mənfi təsir göstərə bilər:

“Uşaqların yanında qurbanlıq heyvan kəsərkən onlar bu addımın mahiyyətini dərk etmirlər. Valideynlər Qurban bayramı haqqında danışandan sonra azyaşlılar sonradan elə fikirləşirlər ki, Allah da nə vaxtsa onları cəzalandıra bilər. Onları da belə kəsə bilərlər. Beləliklə, onlarda bir qorxu yaranır. Valideynlər bunun fərqinə varmadan qurbanlıq qoyunu onların gözləri qarşısında kəsməklə o qorxu hislərinin onların beynində formalaşmasına təsir göstərirlər. Praktikada rastlaşmışam ki, uşaqlar gecə yuxularında qan görüb yuxuda qışqırıblar. Onların davranışında hansısa emosional davranışlar yaranıb. Bu cür uşaqların beynindəki fobiyanı psixoloqlarlar şəkil korreksiyası ilə silə bilirlər. Görün nə dərəcədə bu addım uşaqlara mənfi təsir göstərə bilir. Bəzən bu cür qorxu hissi uşaqlarda bəzi xəstəliklərin yaranmasına səbəb olur. Stressdən şəkər xəstəliyi tapan azyaşlılar da var”.
Psixoloq Aytən Ələkbərova əlavə edib ki, məsələ bununla da bitmir. Elə olur ki, uşaqlar həmin hərəkəti azyaşlı qardaş və bacılarına tətbiq edirlər:
“Uşağın əsəbinin emosiyaları oyanır. Emosiyalar da oyandıqda beynin travma çəkən yeni səbəbləri meydana çıxır. Artıq bu uşaqda psixi travmaya çevrildikdə uşaq qayçı və ya bıçağı götürüb evdə bacısına və ya qardaşına xəsarət yetirir. Nə qədər acı olsa da, biz belə hallarla qarşılaşırıq. Ona görə də valideynlər çox diqqətli olmalıdılar”.


Uşaqların yanında qurban kəsmək olar? – Psixoloqdan AÇIQLAMA

Son xəbərlər

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Bütün xəbərlər