hadise
23.08.2018, 14:07
Bakıda zibil qutusunu oğurlayan şəxs tutuldu

Bakıda məişət tullantıları qutusunu oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 21-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində yerləşən parkdan məişət tullantıları üçün nəzərdə tutulmuş qutunu oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Əli Ələkbərov 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Ə.Ələkbərov əvvəllər məhkumluq həyatı yaşayıb.


