““Qarabağ” məni təəccübləndirmədi” - Sabliç














Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra Moldova “Şerif”inin baş məşqçisi Qoran Sabliç mətbuat konfransı keçirib. “Qafqazinfo” xəbər verir ki, o, ilk öncə oyunla bağlı fikirlərini bölüşüb.

- Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çətin əldə olunan qələbə oldu. Əvvəldən də bunu gözləyirdik. Avroliqa qarşılaşması, ardınca “Milsami” ilə çempionat oyunu və nəhayət, “Qarabağ”la matç. Bütün bunlara tab gətirmək lazım idi. Oyun komponentlərinə gəlincə, yetirmələrim yuxarı-aşağı istədiklərimi həyata keçirdilər. Bir qədər təəssüflənirəm ki, yetərincə gücümüz olan zaman kəsiyində ikinci qolu vura bilmədik. Topu “Qarabağ”a bilərəkdən vermişdik və ümidlərimizi sürətli əks-hücumlara bağlamışdıq. Bir daha təkrar edirəm, heyif ki, bu cür əks-hücumlarda daha bir qola imza ata bilmədik. Hərçənd, belə imkanlarımız var idi. İndi cavab qarşılaşmasına hazırlaşacağıq. Düşünürəm ki, komandam bir həftə sonra daha yaxşı vəziyyətdə olacaq. Uşaqlar xarakter nümayiş etdirdilər. Hər kəs hücumda da, müdafiədə də işlədi. Futbolçularımız belə bir güclü rəqiblə oynamaq iqtidarında olduqlarını nümayiş etdirdilər.

- Yüksək tempi sonadək qorumağa nə mane oldu?

- Yuxarıda da qeyd etdiyim kimi, fiziki durumumuz. Bir həftənin içərisində “Valyur” və “Milsami” ilə iki oyun keçirmişdik. İslandiyadan evə qayıdarkən, demək olar bütün gecəni havada keçirmişdik. Elə “Milsami” ilə matç da xeyli güc sərf etməyimizə səbəb oldu. Bilirdim ki, Azərbaycan təmsilçisi ilə görüşdə bu üzdən çox çətin olacaq. Ancaq yetirmələrimə dözə bildiklərinə görə “əhsən” düşür: taktiki cəhətdən ağıllı oynadılar, intizamı pozmadılar. Bu cür rəqiblərlə ərazi üstünlüyünə sahib olmaq mübarizəsi aparmaq mümkün deyil. Bəli, topa nəzarət edirdilər, ancaq ciddi qol epizodu – son dəqiqədəkini saymasaq – yarada bilmədilər.

- Rəqib sizi nə iləsə təəccübləndirə bildi?

- Bir həftə ərzində xeyli sayda oyunlarını izləmişdik. Heç bir yenilik görmədim. Onlar ərazi üstünlüyü, topa nəzarət hesabına təzyiq göstərməyə çalışırlar. Cinahlarda sürətli oyun göstərmək istəklərindən də xəbərdar idik.

- Müəyyən xətləri gücləndirməyə zərurət hiss olunur...

- Nəyimiz varsa, odu. Əsas məni sevindirən budu ki, meydanda olan hər bir futbolçu cani-dildən mübarizə aparırdı. Əlbəttə, məşqçi kimi mən də əlimin altında daha geniş və istedadlı heyət görmək istəyərəm.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər