Qarabağ qazisi imkansızlıqdan övladını oxuda bilmir – Müraciət













Qarabağ müharibəsi veteranı Osmanov Sakit İlyas oğlu imkansızlıqdan övladının təhsil haqqını ödəyə bilmir.

O, müraciət ünvanlayaraq, Azərbaycanın imkanlı şəxslərindən kömək istəyib. Zərdab rayonunun Gəlmə kənd sakini olan S. Osmanov bildirib ki, oğlu Oruc Osmanov müəllim yanına hazırlığa getmədən, özü sərbəst hazırlaşaraq Mingəçevir Dövlət Universitetinin Maliyyə fakültəsinə daxil olub, ancaq imkansızlıq ucbatından oğlunun 1200 manat təhsil haqqını ödəyə bilmir.

“Mən Sakit Osmanov Qarabağ müharibəsinin ən ağır vaxtlarında – 1992-ci ildə bir vətən oğlumu kimi xalqım qarşısında borcumu yerinə yetirmək üçün cəbhəyə yollanmışam. 2 il Ağcabədi batalyonunun tərkibində Laçında, Kəlbəcərdə, Ağdamda ən şiddətli döyüşlərdə vuruşmuşam. Hazırda heç bir yerdə işləmirəm və müharibə veteranı kimi ayda cəmi 55 manat müavinət alıram. Kiminsə həyətində iş olanda gedib işləyirəm, aldığım günəmuzd pulla ailəmi dolandırmağa çalışıram. Mənim ali təhsilim yoxdur, oğlum çəkdiyim əziyyətləri görüb həmişə deyirdi ki, “ata, ali təhsil alıb, işləyib səni bu çətinliklərdən xilas edəcəyəm”. Maddi imkanım olmadığı üçün oğlumu müəllim yanına hazırlığa göndərə bilməmişəm, özü gecə-gündüz hazırlaşıb və universitetə qəbul olub. Ancaq 1200 manat təhsil xərcini ödəyə bilmədiyim üçün oğlumun ali təhsil almaq, valideynlərini sevindirmək arzusu ürəyində qala bilər. Həyat yoldaşım ağır astma xəstəsi olduğu üçün fəhləlik etməklə qazandığım pulları onun iynə-dərmanına xərcləmişəm, ona görə onun təhsil haqqını ödəyə bilmirəm”, – deyə o, müraciətində bildirib.

Qarabağ veteranı inanır ki, Azərbaycanın imkanlı, xeyirxah oğul və qızları ona oğlunun təhsil xərcini ödəməkdə yardım edəcəklər: “Oğlum da deyir ki, “ata, inşallah, yaxşı insanlar bizə kömək olsalar, gələn il işləyəcəm, dərslərimi yaxşı oxuyub təqaüd alacam, bu vəziyyətdən çıxacağıq. Əsas bu ildir, imkanlı insanlardan, xeyirxah, vətənpərvər soydaşlarımızdan bizə bu işdə köməklik etmələrini xahiş edirik”.

Sakit Osmanov oğlu Orucdan bir ata kimi razı olduğunu deyib: “Ailəmizin ilk övladı, yeganə oğumuzdur. Ondan da çox razıyam. Ağıllı, vətənini sevən bir oğlandır. İnanıram ki, Oruc xeyirxah, yardımsevər insanların dəstəyi ilə ali təhsil ala biləcək və layiqli bir kadr kimi yetişib Azərbaycanımıza xidmət edəcək”.

Qeyd edək ki, təhsil xərci avqust ayının 25-dək ödənməlidir.

Ailə ilə əlaqə nömrəsi: (+994) 050 406 41 23

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər