Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?













Zəhərlənməmək üçün qarpızın istehlakı zamanı bir sıra məsələlərə diqqət etmək lazımdır.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl olması da vacibdir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir. Yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə yetişdikcə açıq sarıya çevrilir.

Bundan əlavə, qarpızın cizgilərı aydın olmalıdır. Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Qarpız alarkən satıcının onu kəsməsinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan alacağınız qarpıza mikrob düşmə ehtimalı var.

Təbii yetişmiş məhsul əldə etmək istəyiriksə qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, ələxüsus avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə seçilir, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakı təhlükəlidir.

Qarpız alarkən nələrə diqqət etmək lazımdır?

Qarpızın ölkəmizdə təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Qeyd olunan vaxtdan əvvəl qarpız almaq məsləhət deyil. Qarpızın dadlı olması üçün, onun yetişməsinin sürətləndirilməsi, ölçüsünün böyük olması üçün istifadə olunan çox miqdarda nitrat – azotlu maddələr və yanlış saxlanma zəhərlənməyə səbəb ola bilər.

Qarpız alarkən bunları bilmək vacibdir:

Qalın qabıqlı, çəkisi 7-8 kiloqramdan artıq olan, üzərində boz və ağ zolaqları olan qarpızı almaq məsləhət deyil.

Qarpız sərin yerdə saxlanılmalı və birbaşa günəş şüaları altında qalmış, həmçinin əzilmiş, çürümüş və formasını dəyişmiş şəkildə olmamalıdır.

Bəzi hallarda qarpızın içi ağ və ya çəhrayı rəngdə olur, eləcə də qarpızın daxilində sarımtıl və ya qəhvəyi rəngdə damarlar müşahidə olunur. Bu hal qarpızın qənaətbəxş olmamasından xəbər verir.

Qarpız müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır. Yerdə yox, piştaxtanın üzərində satılan qarpızlara üstünlük verilməlidir.

Satış yerlərində, o cümlədən evdə qarpızı qapalı, sərin yerdə saxlamaq lazımdır. Doğranmış qarpız dilimlərini ancaq bağlı, plastik və ya polietilen qabda mənfi 18ºC temperaturda dondurub saxlamaq olar.

Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq və təmiz, quru bıçaqla kəsmək vacibdir.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər