Bir yaşlı körpəni çimərliyə aparıb, qarpız yediriblər, sonra isə…








Bir yaşlı Anar Əhmədov qida zəhərlənməsi diaqnozu ilə ötən həftə xəstəxanaya yerləşdirilib. Bəlli olub ki, uşağa qarpız yediriblər. Anarın müalicə aldığı palatada qidadan zəhərlənən daha iki uşaq müalicə alır. Ötən ay isə bir ailənin 4 üzvü qidadan zəhərlənmişdi. Mütəxəsislər yayda zəhərlənmələrin sayının artdığını nəzərə alaraq əhaliyə xəbərdarqlıq edirlər.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva deyir ki, yayda qida zəhərlənmələrinin artmasının səbəbləri müxtəlifdir. Havanın hərarəti çox olanda da müəyyən patogen mikroblar inkişaf edir. Üstəlik, isti havada mövsüm xarakterli yeməklər, o cümlədən meyvə və tərəvəzlərlə qidalanma zəhərlənmələrin artmasına səbəb olur. “Təəssüf ki, son vaxtlar qida zəhərlənmələri təkcə yayda deyil, müxtəlif aylarda müşahidə edilir. Çünki qışda da qarpız, xiyar-pomidor yeyirlər. Hər bir insanın qidalanma mədəniyyəti olmalıdır. Bilməlidirlər ki, meyvə-tərəvəz yetişdiyi dövrdə yeyilməlidir. Məsələn, qarpızın iyulun sonunda, avqustun əvvəlində yeyilməsi məsləhətdir”, – Babayeva virtualaz.org saytına açıqlamasında söyləyib.

Əksər meyvə-tərəvəz, bostan bitkiləri gübrələrlə yetişdirilir. Həkim deyir ki, bu da zəhərlənmələrə, ən yaxşı halda allergiyaya səbəb olur: “İnsanın xroniki mədə-bağırsaq və ya qaraciyər-öd xəstəlikləri varsa, qidalanmasını tənzimləməlidir. Çox zaman bu xəstəliklərin kəskinləşməsi qida zəhərlənməsi ilə dəyişik salınır”.



Həkim deyir ki, süd və ağartı məmulatları alanda son istifadə müddətinə və saxlama şəraitinə diqqət edilməlidir. Çünki yayda bu məhsullardan zəhərlənmə daha çox olur. Eyni zamanda, çimərliyə gedəndə kolbasa, sosiska, dönər, lahmacun və ya qarpız aparmaq, uzun müddət günün altında qalmış bu qidalardan istifadə etmək tövsiyə olunmur.

Pediatr Nəcibə Məmmədova zəhərlənmələrlə bağlı müraciətlərin artdığını təsdiq edir və bunda valideynləri günahlandırır. “Valideyn 10 aylıq uşağı çimərliyə aparır, orada saatlarla günün altında qalan qarpızdan yedirir. Deyir ki, uşaq bütün qidalardan dadmalıdır. Uşağı saatlarla istidə çimərlikdə saxlamaq olmaz, hələ üstəlik qarpız da yedirirlər”, – həkim deyir. Onun sözlərinə görə, dondurma, dönər, kola kimi içkilər uşaqların mədə-bağırsağında problemlər yaradır: “Qışdan fərqli olaraq indi müraciətlər artıb. Valideynlər bilməlidirlər ki, müəyyən ət məhsulları, məsələn, dönər yayda uzun müddət saxlanıla bilməz. Bu məhsulların 2-3 saat düzgün şəraitdə saxlanılmaması insanın qida zəhərlənməsinə səbəb ola bilir”.

Eyni zamanda, mövsümboyu qarpızdan zəhərlənmə şikayəti ilə müraciətlər olur. Həkim söyləyir ki, küçədə günün altında saxlanılan qarpız zəhərlənməyə səbəb olur. Qarpız kəsilmədən əvvəl mütləq yuyulmalıdır, çünki üzərindəki mikroblar daxilə keçə bilər. Bir neçə saatdan sonra həmin mikroblar, patogenləşərək orda inkişaf edir. Beləliklə də, qarpızı yedikdən sonra zəhərlənmə əlamətləri başlayır, ürəkbulanma, qusma, hərarət olur. N.Məmmədova azyaşlılara sadalanan qidalardan verilməməsini tövsiyə edir.


Bir yaşlı körpəni çimərliyə aparıb, qarpız yediriblər, sonra isə…

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər