Yay mövsümündə necə qidalanmalı – həkim tövsiyəsi













Hər bir fəslin özünə məxsus qidalanma rejimi var. Məsələn, bildiyimiz kimi, qış və payız mövsümlərində daha çox xəmir, ət, isti, qızardılmış yeməklərdən istifadə etməyə çalışırıq. Bəs yayda necə, qida rasionumuz necə olmalıdır?

Mütəxəssislər qeyd edir ki, yay mövsümündə ilk növbədə çoxlu su qəbul olunmalıdır. Çünki havaların isti keçməsi ilə insan orqanizmində tərlə birlikdə soda, kalium və digər minerallar xaric olunur. Nəticədə insanda halsızlıq, yorğunluq, hərəkət azlığı yaranır, nəbzi zəifləyir. Həmin mineralları yenidən bərpa etmək üçün isə sudan, ayrandan, süd məhsullarından istifadə etmək lazımdır. Lakin bu zaman qazlı və energetik içkilərdən uzaq durmaq lazımdır.

Ekspertlər bu mövsümdə xəmir xörəklərindən mümkün qədər uzaq durmağı tövsiyə edir. Səbəb isə xəmir xörəklərinin insanda halsızlıq, yorğunluq yaratmasıdır. Düyü və makaron məmulatlarından da mümkün qədər az istifadəsi tövsiyə edilir.

Az istifadəsi tövsiyə olunan qidalar arasında ət və kərə yağı da var. Mütəxəssislər vurğuylayır ki, yay mövsümündə kərə yağı həzm olunmur, orqanizmdən sovrulmur. Bunun üçün də əsasən bitki mənşəli yağlardan istifadə etmək lazımdır.

Yay mövsümündə ən çox istifadə edilən qida, dondurmalara gəldikdə isə, mütəxəssislər qeyd edir ki, bişirilmiş şirniyyatlardansa daha çox dondurmalardan və yaxud meyvəli şirniyyatlardan istifadə etmək lazımdır. Lakin dondurmadan istifadə edərkən ilk növbədə onun tərkibinə diqqət yetirmək, qədərində istifadə etmək lazımdır.

Dietoloq Leyla Zülfüqarova ile ilgili görsel sonucu

Dietoloq Leyla Zülfüqarova mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Yay mövsümündə mayeni daha çox qəbul etməliyik. Mayesi çox olan qidalardan, o cümlədən mövsümü meyvə və tərəvəzlərdən, göyərtilərdən bol şəkildə istifadə olunmalıdır. Bişirilmiş və yaxud çiy şəkildə olan salatlardan istifadə etməliyik. Qida rasionumuza çoxlu süd məhsulları, o cümlədən, qatıq, süd, yumurta əlavə etməliyik. Mövsümü olmayan, sadəcə, piştaxtaları bəzəyən meyvələrdən uzaq durmağa çalışmaq lazımdır. Xəmir xörəklərindən isə tamamilə azaltmaq lazımdır. Kartofla ətin bir yerdə bişirilmiş şəkildə olan yeməklər azaldılmalı, qızartmadan daha çox çiy qidalar yeyilməlidir”.

Dietoloq yay mövsümündə ət məhsulundan imtinanın doğru olmadığını qeyd edib: “Qışda həftədə 3-4 dəfə ətdən, balıqdan istifadə ediriksə, bunu bir qədər azaltmalıyıq. Yayda bu qədər ehtiyac yoxdur. Həftədə 1-2 dəfə ətdən istifadə etməyimiz kifayətdir. Tamamilə ətdən imtina etmək olmaz, çünki ət orqanizm üçün çox faydalıdır. Sadəcə, o sıxlığı azaltmaq lazımdır. Yayda çeşidlər daha çoxdur, ona görə də ətə meyl bir qədər az qalır”.

Leyla Zülfüqarova da qeyd etdi ki, energetik və qazlı içkilərdən uzaq durmaq lazımdır: “İnsanlar bəzən maye ehtiyacını energetik içkilərlə ödəyir. Energetik içkilərin çox ziyanı var. Buna görə də çalışmaq lazımdır ki, təmiz ağ su və ya mineral sudan istifadə etmək lazımdır. Qazlı sudan belə istifadə etdikdə onun qazını çıxardıb sonra içmək lazımdır”.

Yay mövsümündə necə qidalanmalı – həkim tövsiyəsi

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər