Oruc tutanlar – EHTİYATLI OLUN! – VİDEO













Artıq Ramazan ayının bir neçə günü geridə qalıb. Mütəxəssislər deyir ki, qidalanma intervalı özünəməxsus “stress” yaratdığına görə, orqanizm bütün zəruri vitaminlərlə təmin edilməlidir.

ARB 24 xəbər verir ki, bu əlamətdar ayda menyu mütləq gözdən keçirilməli, qida sağlam və balanslı şəkildə qəbul edilməlidir.

Həkimlər iftar zamanı həddindən artıq yeməyi məsləhət görmürlər.

Həzm sisteminin yüklənməsi yuxu rejimini də poza bilər. İftarı bir stəkan su və bir neçə xurma ilə açmaq Ramazan qaydalarından biridir. Çünki xurma mədə-bağırsaq sistemi üçün olduqca xeyirlidir, bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, mədənin şirəsini azaldır.

Əkrəm Həsənov – İlahiyyatçı: “Xurmanın bir çox faydaları var. Həm də immuniteti gücləndirir. Ona görə də tövsiyyə edilib ki, iftar açanda xurma ilə açın. İndi bəzi müsəlmanlar səhər yeməyinə belə qalxmırlar. Axşamlar da yeyib yatırlar”.

Susuz, insan orqanizmində proseslərin baş verməsi, o cümlədən ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Həkimlər Ramazan ayının isti yay günlərinə təsadüf etdiyini nəzərə alaraq oruc tutanlara maye qəbulu ilə bağlı diqqətli olmağı tövsiyə edirlər. Rasionda duzlu və şirin qidalara mümkün qədər yer verməmək lazımdır.

Ofeliya Rzayeva – Terapevt: “Çalışın qazlı sulardan istifadə etməyəsiniz. Adi su insanı tam stabil vəziyyətdə saxlayır. Əgər bacarırsızsa karbohidratlardan, yəni, şirniyyatlardan uzaq durun. Bunlar ağırlıq törədir insana. Yeyəndən sonra yatırsızsa bu sizə ağırlıq verəcək”.

Ümumiyyətlə Ramazan ayında bəslənmə vərdişlərində ciddi dəyişikliklər tövsiyə edilir. İmsak və iftarda orqanizmin ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağlar yetərli miqdarda alınmalıdır. Çox yağlı, qızardılmış yeməklərin qəbulu məsləhət görülmür.

Ofeliya Rzayeva – Terapevt: “Fikirləşirsən ki, mən çox yeməklə qidalanım və bu ehtiyacımı ödəyim. İftarı çalışın qaynamış su ilə açın. Soyuq su mədəyə ziyandır. Sonra sulu yemək yeyəsiz. Nə yeyirsizsə yüklənmədən yeyin”.

Bəzən oruc tutmaq zəifləmək və ya arıqlamaq üçün fürsət kimi dəyərləndirilir. Həkimlər bu düşüncəylə razılaşmırlar. Çünki, gün boyu ac qaldıqdan sonra qidanın axşam, bir neçə qat artıq qəbul edilməsi çəkidə əksinə, problemlər yaradır. Ümumiyyətlə, insan hər zaman şüurlu şəkildə qidalanmağı bacarmalıdır. Bütün müsəlmanlara bu müqəddəs ayı sağlam başa vurmağı arzu edirik.


Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər