Evdən kənarda nə yeyək ki, zəhərlənməyək – həkim şərtlərdən danışdı














“Mümkün qədər qapalı yerlərdə qidalanmaq lazımdır, amma…”
Ötən həftə Qurban bayramı ərəfəsində Siyəzən rayonundan Bakıya qurbanlıq üçün gətirilən 70-dən çox heyvanın tələf olması haqda məlumat vermişdik. Xatırladaq ki, heyvanlar qapalı yerdə istidən və havasızlıqdan tələf olmuşdu.

Olay yerində olan əməkdaşımız qəssabların ölmüş heyvanların bir neçəsini tələsik şəkildə kəsib, satışa hazırladığının şahidi olmuşdu. Böyük ehtimalla ölmüş heyvan əti ya dönərxanalar, ya da kolbasa sexlərinə ötürmək üçün hazırlanırmış. Doğrudur, sonradan Qida Təhlükəsizliyi Agentliyindən açıqlama verilərək bildirildi ki, tələf olan heyvanları dərhal həmin ərazidən uzaqlaşdırıraq utilizasiya edilib. Lakin bu çöldə, iaşə obyektlərində yediyimiz yeməklərdə ölmüş heyvan ətinin ola biləcəyi şübhələrini azaltmır. Bu gün hər addımlıqda, küçə kənarlarında çoxlu sayda dönərxanalara rast gəlirik. Dəfələrlə dönərxanalarda mənşəyi məlum olmayan heyvan ətindən istifadə edildiyi haqda məlumatlara rast gəlmişik. Həmin mənşəyi bilinməyən, düzgün qaydalarla hazırlanmayan dönərlərə küçədə qalxan toz-torpaq, avtomobillərin də tüstüsü əlavə olunduğunu nəzərə alsaq, onun insan həyatı üçün nə qədər zərərli olduğunu təxmin etmək olur. Eləcə də şadlıq saraylarında, mərasim evlərində süfrələrə verilən yeməklər hansı ətdən hazırlandığı, hansı şəraitdə saxlanıldığı şübhəli olaraq qalır.

Bu gün ayaqüstü, yəni tez ərsəyə gələn (“Fast-food”) yeməklərə meyl getdikcə kütləviləşməyə başlayıb. Ofis və şirkətlərdə çalışanlar da gündəlik olaraq bu cür yeməklər sifariş edirlər. Halbuki artıq bir çox ölkələrdə bu cür yeməklər insan sağlamlığında problemlər yaratdığı üçün qadağan olunub. Mütəxəssislər hesab edir ki, “Fast-food” qidalarının tərkibində trans-yağlar çox olduğu üçün mədə-bağırsaq, qaraciyər, ürək-damar sisteminə mənfi təsir göstərir, mübadilə pozğunluğu yaradır. Bu isə sonradan insanda piylənməyə, şəkər xəstəliyinə, öd yolu xərçənginə gətirib çıxara bilir.

Bəs çöldə nə yeyək ki, sağlamlığımız təhlükə altında qalmasın?

Vaqif Qarayev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı həkim Vaqif Qarayev “Yeni Müsavat”a danışdı: “Mən şəxsən özüm şahidi oluram ki, bu gün küçə kənarlarında fəaliyyət göstərən dönərxanalarda inanılmaz növbələr var. Hansı ki, həmin dönərxanalar küçənin toz-torpağı altında fəaliyyət göstərir. Həmçinin böyük avtobus dayanacaqlarında, avtobusların tüstüsü, yolun toz-torpağı qarışmış dönərlər satılır. Üstəlik, məlum olduğu kimi, satılan dönərlər heç bir gigiyenik baxımından düzgün hazırlanmır. Bu yaxınlarda restoranlarından birində zəhərlənmə olayı yaşanmışdı. Məlum olmuşdu ki, zəhərlənməyə səbəb ət olub. Restoran sahibi demişdi ki, “əti hər zaman aldığımız yerdən almışıq, hansı ki, orada baytar nəzarəti var” və sairə. Buna inanmaq istəyərəm, hər halda adlı-sanlı restorana çirkli ət gətirməzlər. Lakin bütün yeməklər eyni ətdən hazırlanıbsa, niyə zəhərlənmə yalnız iki stolda baş verib? Deməli, infeksiya ətə içəridə, mətbəxdə yoluxub. Yəni gigiyenik qaydalara əməl olunmur. Dönər hazırlayanların heç bir əlcəklə işləmir. Halbuki insanın ən çirkli yeri əlləridir. Hətta dəfələrlə görmüşük ki, dönər hazırlayanın dırnaqları uzun, çirkli haldadır. Restoranlarda, mərasim evlərində də vəziyyət eynidir. Məlum olduğu kimi, bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yaranıb. Bu qurum məsələyə diqqətlə yanaşmalıdır. İlk növbədə kəsilən heyvanın sağlamlığı, kəsildiyi məkan, kəsilən zaman sanitar-gigiyenik qaydalara uyğun olub-olmadığı, hansı qaydalarda daşındığı araşdırılmalı, nəzarət edilməlidir”.

Həkim onu da vurğuladı ki, sağlamlığımızın təhlükəsizliyini qorumaq üçün mümkün qədər qapalı yerlərdə qidalanmaq lazımdır: “Lakin həmin məkanlarda da diqqət edilməlidir ki, yeməklər hazırlanarkən gigiyenik qaydalara necə əməl olunur. Həmçinin qidaların istehlak vaxtı, hansı şəraitdə saxlanıldığı araşdırılmalıdır. Bu gün bütün dünyada plastik qablara qarşı etiraz yürüşü başlayıb. Çünki plastik qablar insan orqanizmində çox ciddi xəstəliklər yarada bilir. Plastik qablarda olan zəhərli maddələr qidaya keçə bilir. İstehlakçı buna çox ciddi diqqət etməlidir”.

Vaqif Qarayev “Fast-food” qidalarının insan orqanizmində yaratdığı fəsadlardan da söz açdı: “Birinci diqqət etməliyik ki, niyə belə adlanır. Bildiyiniz kimi, tez bir zamanda ərsəyə gələ bildiyi üçün insanlar buna çox meyllidirlər. Lakin onun tərkibində toksik qidalar, yağlar var ki, bunlar da ziyanlıdır. Son zamanlar ”Fast-food” qidaları onkoloji xəstəliklər yaratdığı üçün Avropanın bir çox ölkəsində qadağan olunub. Onun tərkibindəki maddələr xüsusən də uşaqlara pis təsir edir, onları



Evdən kənarda nə yeyək ki, zəhərlənməyək – həkim şərtlərdən danışdı

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər