sou
29.08.2018, 10:55
“Çukur”a yeni transfer

İkinci sezonu maraqla gözlənilən “Çukur”a yeni aktyorlar qatılmağa davam edir. Serial Erkan Avcı və Berkay Ateşdən sonra daxil olan digər məşhurun adı bəlli olub.
Aktyor Necip Memili Cumali Koçavalı obrazı ilə tamaşaçı qarşısına çıxacaq.
Xatırladaq ki, Türkiyə KİV-ləri Cumali rolu üçün Kenan İmirzalıoğluna təklif göndərildiyni yazmış, layihənin ssenaristi Gökhan Horzum isə məlumatın yalan olduğunu bildirmişdi. 


