sosial
30.08.2018
Alkoqoldan ölən insanlar ən çox bu ölkələrdədir

“The Lancet” tibb jurnalı dünyada əhalisi alkoqoldan ən çox ölən ölkələrin adlarını açıqlayıb.
“dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, göstəricilərə görə ilk yeri Çin tutub.
Burada spirtli içkidən 59 min qadın, 650 min kişi ölüb. İkinci yeri Hindistan tutub. Burada alkoqoldan ölənlərdən 42 mini qadın, 290 mini kişidir. Üçüncü yeri tutan Rusiyada ölənlərin sayı isə 43 min qadın, 180 min kişidir.


