Qızı ilə eyni ixtisasa daxil olan ata oxumaqdan imtina etdi -“İkimizdə də ödənişli idi, təki, o, oxusun”














Qızıyla birlikdə Bakı Dövlət Universitetinin İnformatika ixtisasına qəbul olan Kərəm Süleymanov təhsilini davam etdirmək üçün universitetdə qeydiyyatdan keçməyib.
dogruxeber.tv xəbər verir ki, AzEdu.az-a bununla bağlı açıqlama verən Kərəm Süleymanov bildirib ki, hər ikisi ödənişli olduğu üçün onun da oxumaq istəyi alınmayıb:
“Qeydiyyatdan keçmədim, amma Nərgiz keçdi. Gördüm ki, ikimizdə də ödənişlidir, davam etdirmək çətin olacaq. Bakıda evim də yoxdur, burada qalmağım, ikimizin paralel olaraq, təhsilimizin davam etdirməsinin çətin olacağını düşündüm. Nərgiz oxumalıdır, ona müəyyyən xərclər lazımdır, əlavə işləməliyəm ki, xərcləri ödəyə bilim. Mənim bir ali təhsilim var, Nərgizin oxuması isə vacibdir”.
O deyib ki, növbəti illərdə də imtahan verib alındığı təqdirdə oxumaq fikrindədir:

“Hansı qrup olmasından asılı olmayaraq növbəti illərdə də imtahan verə bilərəm. I qrup lap asandır, çünki bildiyim fənlərdir. Amma digər qruplara girmək də problem deyil, bir az üzərimdə çalışmalıyam. Digər qruplar üzrə əvvəllər də daxil olmuşam deyə, çətin gəlmir. Gələn il imtahan verib daxil olsam, ödənişsiz olsa, nəsə yenilik əldə edə biləcayimii görsəm, təhsil alaram. Ali təhsilin çox olması insan üçün bir yaraşıqdır, qabiliyyətini göstərir”.
Onun sözlərinə görə, qəbul olmağının müsbəti tərəfləri var:
“İnsan ola bilər ki, bir-iki müsabiqədən keçməsin, amma onlarda ruh düşkünlüyü yaranmamalıdır, çünki oxumaq gec deyil. İnsan hər yaşında ali təhsil ala bilər. Anam iki ildir rəhmətə gedib, 3-4 il əvvəl mənə deyirdi ki, başın qızıldı, amma qiymət verilmir. Mən ona dedim ki, sənin də,öz sənədlərimi də universitetə verəcəm, ana-bala oxuyarıq. Anam çox savadlı olub, Ağdamda Tibb kollecini bitirib və tibb işçisi idi. Aşağı siniflərdə məsələ, misallarda problemim olanda o da mənə kömək edirdi”.
Qeyd edək ki, Kərəm Süleymanov və qızı Nərgiz Süleymanova I ixtisas qrupu üzrə yay imtahanında iştirak edərək müəyyən balı toplayıb ödənişli əsaslarla BDU-ya daxil olublar.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər