dunya
1.09.2018
ABŞ-dan gözlənilməz qərar - 300 milyonluq yardımı dayandırdı

ABŞ BMT-nin Fələstinli Qaçqınlara Yardım Fonduna (UNRWA) 300 milyon dollarlıq maliyyə dəstəyini dayandırdı.
Bu barədə Dövlət Departamentinin məlumatında deyilir: “Fondun büdcəsinin 30%-i ABŞ-ın maliyyə dəstəyi hesabına ödənilir. Artıq bu yükü təkbaşına daşımayacağıq”.
Qeyd edək ki, BMT-nin adıçəkilən fonduna edilən maliyyə dəstəyi əsasən İordaniyanın Qərb sahilləri, Qəzza sektoru, Suriya və Livan qaçqınları üçün xərclənirdi.


