Yaxşı ki, “Qarabağ” “Fənərbaxça” ilə bir qrupa düşmədi









Bir az rahat nəfəs almaq olar… “Qarabağ”ı deyinə-deyinə, tənqid edə-edə və həm də “sən bunu bacararsan” öygüsüylə Avropa Liqasının qrup mərhələsinə göndərə bildik.

Sonadək bəlkə də buna tam inanmırdıq da, baxmayaraq ki, pley-offda rəqib “Qarabağ”dan heç də güclü deyildi. Amma heyətlə bağlı problem olduğundan ən pis varianta da psixoloji olaraq hazırlaşmışdıq.

Həmin qələbə gecəsi isti-isti emosiyalarla yazdığım “Nə yaxşı varsan, ”Qarabağ”” yazısından bəzi sitatları qəzet oxucuları və tarix üçün dərc etmək istədim. Sitat: “”Qarabağ” bu gecə oynadı! Oyandı! Hətta dirildi! Hamını bir daha “Qarabağ”ın hələ meydandan çəkilməyəcəyinə inandırdı…”

Həmin axşam görünür, həm də qələbənin yaratdığı emosiyadan klubun oyunçularından birinin azarkeşlərdən narazılığına cavab da vermişdim, amma ad çəkmədən, yenə də adını xatırlatmıram. Çünki bu cür münasibət yanlış hesab edirəm. Sitat: “Stadiona az azarkeş gəlməsindən narazılıq edənləri anlamaq çətindir. Bu xalqı qələbəyə tamarzı qoymaq olmaz, bu xalqı qələbədən məhrum etmək olmaz! Niyə azarkeş yox, xalq deyirəm? ”Qarabağ” yalnız azarkeşlərin klubu deyil! “Qarabağ”a heç həyatında futbola baxmayan evdar xanım da, nəinki stadionda, heç televizorda oyuna baxmağa zamanı olmayan dülgər də, bənna da, hətta nazir də biganə deyil. Amma Qarabağ adı varsa, hamı qələbə gözləyir. Bunu anlamaq lazımdır, hərdən çox çətin olsa da, olduğu kimi anlamaq! Anlamayan varsa, gedib başqa klubda oynasın… “Qarabağ” bizim meydandakı vətənimizdi, onun zəif oyunu canımızı ağrıdır, uğuru isə gözümüzü yaşardır. “Qarabağ”, sadəcə, klub deyil, “Qarabağ” bizim gələcəyə olan ümidimizdir, Qarabağı görməyən gənclərin oraya gedən döyüş yoludur, “Qarabağı unutma!” devizidir, düşmənlərimizə verilən göz dağıdır!”

***

Qarabağ püşkatma ile ilgili görsel sonucu

“Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşməsi bu kluba çox lazım idi, azarkeşə də, azarkeş olmayana da, AFFA-ya da, Azərbaycana da… Mən bu sətirləri yazarkən Monakodakı püşkatma hələ başlamamışdı, amma rəqiblərin kimlər olması artıq o qədər də önəmli deyil. Əsas odur ki, qrupdan kənarda qalmadıq, bundan sonrası Qurban Qurbanovun və klubun öhdəsindədir. Biz bir çox miqyaslı çempionatları milli komanda olaraq illərdir kənardan izləyirik. Gələn il isə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Necə ola bilərdi ki, bu il həmin turnirə kənardan baxaydıq? Gücümüz yetsə, 1/16-ya keçməyi bacarmalıyıq, ondan sonrasına… ondan sonra baxarıq… Sevindiricidir ki, qrup mərhələsinə vəsiqə qazanan kimi “Qarabağ” millimizin yarımmüdafiəçisi Araz Abdullayevi heyətinə cəlb edib, onunla 3 illik müqavilə imzalanıb.

“Bakı-2019″-Avropa Liqasının loqosu təqdim olundu

Avqustun 31-də Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmadan öncə isə “Bakı-2019″ UEFA Avropa Liqasının loqosunun təqdimatı olub.

Loqoda UEFA Avropa Liqasının kuboku Bakının arxitektura nümunələrinin fonunda təsvir olunub. Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərin təsvirindən istifadə olunub. Xeyirli olsun…

İlgili resim

“Qarabağ”ın qrupdakı rəqibləri məlum oldu

Əvvəlcə 48 komanda 4 səbətə bölünüb. Püşkatmanın nəticəsinə görə “Qarabağ” E qrupunda mübarizə aparacaq.

“Arsenal” (İngiltərə)

“Sportinq” (Portuqaliya)

“Qarabağ” (Azərbaycan)

“Vorskla” (Ukrayna)

“Qarabağ”ın Türkiyə klubları ilə bir qrupa düşməməsinə sevindim. Biz beləyik axı, görəcəkdin ki, “Fənərbaxça” ilə oyunda Azərbaycandakı “fənərlilər”lə “Qarabağ”ın azarkeşləri tutaşdı. Arzuolunmaz mənzərələr üzə çıxacaqdı, əsəblərimiz korlanacaqdı. Yaxşı ki, hər şey belə yekunlaşdı. Daha doğrusu, yaxşı başladı.

“Arsenal” İngiltərənin ən nüfuzlu klublarından biridir və onlarla qarşılaşma “Qarabağ” üçün yaxşı təcrübə olacaq. “Sportinq” əvvəlki şöhrətini itiribmiş kimi görünür və onlarla oynamaq və hətta 4 xal qazanmaq mümkündür. Ukraynanın “Vorskla” klubu haqda məlumatları sonralar əldə edəcəyik. Məncə, bəxtimizdən gileylənməyək. Bu qrupdan çıxmaq “Arsenal”ın adına görə indi bir az qeyr-real görünə bilər. Amma hələ indidən də pessimizmə qapanmağa gərək yox. Hələ bir oynasınlar görək bu “Arsenal”ın topu-tüfəngi bizi “vura” biləcəkmi?

İlgili resim

Digər qruplar belə formalışıb:

A qrupu

“Bayer” (Almaniya)

“Lüdoqorets” (Bolqarıstan)

“Sürix” (İsveçrə)

AEK (Larnaka, Kipr)

B qrupu

“Zaltsburq” (Avstriya)

“Seltik” (Şotlandiya)

“Leyptsiq” (Almaniya)

“Rusenborq” (Norveç)

C qrupu

“Zenit” (Rusiya)

“Kopenhagen” (Danimarka)

“Bordo” (Fransa)

“Slaviya” (Praqa, Çexiya)

D qrupu

“Anderlext” (Belçika)

“Fənərbağça” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Spartak” (Trnava, Slovakiya)

F qrupu

“Olimpiakos” (Yunanıstan)

“Milan” (İtaliya)

“Betis” (İspaniya)

“Düdelanj” (Lüksemburq)

G qrupu

“Vilyarreal” (İspaniya)

“Rapid” (Vyana, Avstriya)

“Spartak” (Moskva, Rusiya)

“Reyncers” (Şotlandiya)

H qrupu

“Latsio” (İtaliya)

“Marsel” (Fransa)

“Ayntraxt” (Frankfurt, Almaniya)

“Apollon” (Kipr)

I qrupu

“Beşiktaş” (Türkiyə)

“Genk” (Belçika)

“Malmö” (İsveç)

“Sarpsborq” (Norveç)

J qrupu

“Sevilya” (İspaniya)

“Krasnodar” (Rusiya)

“Standard” (Lyej, Belçika)

“Akhisar Belediyespor” (Türkiyə)

K qrupu

“Dinamo” (Kiyev, Ukrayna)

“Astana” (Qazaxıstan)

“Renn” (Fransa)

“Yablonets” (Çexiya)

L qrupu

“Çelsi” (İngiltərə)

PAOK (Yunanıstan)

BATE (Borisov, Belarus)

“Videoton” (Macarıstan)

Uğurlar, “Qarabağ”…

Musavat.com


Yaxşı ki, “Qarabağ” “Fənərbaxça” ilə bir qrupa düşmədi



Yaxşı ki, “Qarabağ” “Fənərbaxça” ilə bir qrupa düşmədi




Yaxşı ki, “Qarabağ” “Fənərbaxça” ilə bir qrupa düşmədi



Yaxşı ki, “Qarabağ” “Fənərbaxça” ilə bir qrupa düşmədi

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər