dunya
2.09.2018
Hərbi vertolyot qəzaya düşdü - 3 ölü, 3 yaralı

Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb.
“dogruxeber.tv” “RİA Novosti”yə istinadən xəbər verir ki, 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlər arasında xarici pilotun olduğu bildirilir. Qəza ölkənin şimalındakı Bəlx əyalətindəki hərbi bazanın ərazisində baş verib.
Vertolyotun göyərtəsində 13 nəfər olub, onlardan 3-ü xarici ölkə vətəndaşıdır. Hadisənin səbəbi kimi texniki nasazlıq göstərilir.


