“İxracın 90 faizdən çoxu Rusiya bazarına göndərilir”













“Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri Rusiya-Azərbaycan münasibətlərində strateji müttəfiqlik baxımından yeni mərhələnin başlanması kimi xarakterizə olunur. İmzalanan sənədlərdə nəzərdə tutulan fəaliyyətlər, bu fəaliyyətlərə uyğun müəyyənləşdirilmiş prioritetlər, eləcə də strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar onu deməyə əsas verir ki, Rusiya ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlər növbəti dövrdə daha da inkişaf edəcək. Bu, hər iki ölkənin iqtisadi maraqları baxımından çox vacibdir”.

“dogruxeber.tv” xəbər verir ki, bunu Azərtac-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, səfər çərçivəsində region üçün kifayət qədər əhəmiyyətli sənədlər imzalanıb: “Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Rusiya müstəqil dövlətlər kimi öz milli maraqlarını qoruyaraq bu anlaşmaları imzalayıb. Bu müqavilələr hər iki dövlətin maraqlarına uyğun sənədlərdir. Şimal-Cənub nəqliyyat dəhlizi regionun əhəmiyyətini artıran layihə kimi qiymətləndirilir. Bu dəhlizin reallaşdırılması Rusiyadan başlayaraq yüklərin Hindistana qədər nəql edilməsinə imkan verəcək. Eyni zamanda, gömrük və digər sektorlarda əməkdaşlıq iki ölkənin gələcəkdə strateji müttəfiqliyinin genişləndiriməsinə xidmət edəcək sənədlərdir”.

“Rusiya iqtisadi baxımdan Azərbaycan üçün strateji müttəfiqlərdən biridir. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşdır. Azərbaycanın 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki, Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracı təxminən yarım milyard dollardır. Azəbaycanın ixrac etdiyi aqrar məhsulların 90 faizdən çoxu Rusiya bazarına göndərilir. Nəticədə Rusiya qeyri-neft, eləcə də aqrar məhsulların ixracında əsas tərəfdaş rolunu qoruyub saxlamaqdadır. Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir. Azərbaycanın Rusiyada sərmayəsi var. Rusiya Azərbaycan iqtisadiyyatına sərmayə yönəldən ölkələrdən biridir. Dövlət Neft Fondu Rusiya bazarında sərmayə qoyuluşları həyata keçirir”, - deyə V.Bayramov deyib.

Ölkələrimiz arasında münasibətlərin yalnız dövlət səviyyəsində deyil, şirkətlər səviyyəsində də inkişaf etməkdə olduğunu deyən eskpert vurğulayıb: “Prezidentlərin sonuncu görüşündə SOCAR-la şirkətlərarası müqavilənin imzalanması strateji əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsindən xəbər verir. Bu səfər onu göstərir ki, Azərbaycan həm inkişaf etmiş Avropa ölkələri ilə, həm Rusiya ilə bərabərsəviyyəli strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq Azərbaycanın milli və iqtisadi strateji maraqları çərçivəsində reallaşıb”.

Oxunub: 815

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər