gundem
3.09.2018, 10:02
Rusiyada vertolyot qəzaya düşüb, ölənlər var

Rusiyanın İrkutsk vilayətində “Anqara” aviaşirkətinə məxsus Mi-8 vertolyotu qəzaya uğrayıb.
“dogruxeber.tv” Rusiya KİV-nə istinadən xəbər verir ki, göyərtəsində 3 ekipaj üzvü olan vertolyot geoloji kəşfiyyat üçün havaya qalxıb.
Təyin edilən vaxtda əlaqəyə girməyən vertolyotun qalıqları tapılıb. Rusiya FHN-ni hər üç ekipaj üzvünün öldüyünü açıqlayıb.
Faktla bağlı cinayət işi açılıb.


