Ölkə ziyalıları çağırış etdilər - “Nigarı ölməyə qoymayaq”













Tanınmış jurnalist və yazar, Prezident təqaüdçüsü Nigar İsmayılqızının ağır leykoz (qan xərçəngi) xəstəliyinə tutulması ilə bağlı məlumat vermişdik. N.İsmayılqızı sentyabrın 3-də Türkiyənin “Hacettepe” Xəstəxanasına yerləşdirilib.
Nigar İsmayılqızının bu vəziyyətində ölkənin bir çox ziyalıları Azxeber.com-a danışaraq dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər.

Xalq yazıçısı Çingiz Abdullayev:

“Nigar çox istedadlı və peşəkar gənclərimizdəndir. Onda ağır leykoz xəstəliyinin aşkarlanması bizim hamımızı üzür. Kaş ki, o bu xəstəliyə tutulmayaydı. Mən bu xəbəri böyük ürək ağrısı ilə qarşıladım. İndiki məqamda hər birimizin borcu onun yaşamasına nail olmaqdır. Mən buradan üzümü səlahiyyətli şəxslərə, iş adamlarına, imkanlı adamlara tutaraq müraciət edirəm ki, Nigarı xilas edək. İmkan verməyək ki, gələcəkdə Azərbaycana böyük töhfə verə biləcək istedadlı bir gənc aramızdan getsin”.


Nigar İsmayılqızı

Muğam ustası, xalq artisti Alim Qasımov:

“Nigarın xəstəliyi ilə bağlı xəbəri oxudum və çox məyus oldum. Axı Nigar hələ gəncdir, onun nə yaşı var ki, belə bir böyük xəstəliyə düçar olsun!? Hər birimiz, xeyriyyəçiliklə məşğul olan fondlar, təşkilatlar, müvafiq dövlət qurumları və iş adamları bu məsələdə fəallıq nümayiş etdirməlidir. Biz parlaq bir gəncin ağır xəstliklə mücadiləsində ona dəstək olmalıyıq, bu işə biganə qalmamalıyıq”.

Xalq artisti Fəxrəddin Manafov:

“Çox təəssüf ki, biz belə xəbərlər də alırıq. Nigar istedadlı yazıçı, peşəkar jurnalist və tanınmış aparıcıdır. Biz mümkün olan bütün imkanlardan istifadə edərək onu ölümün pəncəsindən almalıyıq. Nigar kimi gənclərə hər birimizin böyük ehtiyacı var. O yaşamalı və yaratmalıdır. İnanıram ki, belə də olacaq”.

Azərbaycanfilm Kinostudiyasının direktoru Müşviq Hətəmov:

“Mən bu xəbərdən çox sarsıldım. Amma ümidimizi itirməyə dəyməz. İnşaallah ki, göydə Allahın, yerdə humanist, xeyriyyəçi şəxslərin dəstəyi ilə Nigar ayağa qalxacaq.Mən buna inanıram və daxilən hiss edirəm ki, o sağlamlığına qovuşacaq. Nigar kimi gənclərə cəmiyyətimizin böyük ehtiyacı var”.



Ölkə ziyalıları çağırış etdilər - “Nigarı ölməyə qoymayaq”

Son xəbərlər

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Bütün xəbərlər