dunya
5.09.2018, 09:54
İraqda nümayişlərdə 6 nəfər öldürülüb

İraqın Bəsrə şəhərində ikinci gündür davam edən qarşıdurmada 6 nəfər öldürülüb.
“dogruxeber.tv” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlər arasında etirazçılar və polis əməkdaşları olduğu bildirilir. Hazırda yüzlərlə etirazçı administrasiya binasını mühasirəyə alıb. Yuxarı mərtəbələri alov bürüyüb. Nümayişçilərin dağıdılması üçün polis gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Bəsrədə etirazlar iyulun 8-dən başlayıb. Nümayişçilər elektrik enerjisinin və suyun verilməsinin dayandırılması əleyhinə çıxış edirlər.


