dunya
5.09.2018, 10:05
Nikaraquada ölənlərin sayı 481 nəfər oldu

Nikaraquada hökumət əleyhinə aksiyalarda ölənlərin sayı 481 nəfər olub.
“dogruxeber.tv” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlərdən 21 nəfəri polis əməkdaşı, 23-ü uşaq və yeniyetmələrdir.
Qeyd edək ki, apreldən başlayan aksiyalarda bu günədək təxminən 4 min nəfər yaralanıb, 1200-dən çox insan haqda isə məlumat yoxdur.


