sou
8.09.2018
Bu gün evlənirlər - Atası toya gəlmir

Bu gün aktyor Mert Fıratla aktrisa İdil Fıratın toyudur.Cütlüyün özəl günü Çeşmədə baş tutacaq.
Gecədə kino və musiqi dünyasının tanınmış simaları da iştirak edəcək. Lakin, gəlinin atası, iş adamı Önder Fırat toya qatılmayacaq.
O, qızının M. Fırata ərə getməsinə qarşıdır. Müğənni Sezen Aksu və bir çox dostları onunla danışsa da, qarşı tərəfi toyda iştirakına razı sala bilməyiblər.
Xatırladaq ki, Önder Fırat qızının nişanında da iştirak etməmişdi. 


