idman
10.09.2018
Rəşad Sadıqovun komandasında ciddi itki

21 yaşadək futboçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib.
Zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb.
Gənc hücumçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilmiş oyunda zədələnib.
Futbolçunun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Avropa çempionatının seçmə mərhələsində Norveçə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub.


