dunya
10.09.2018
“Taliban” Əfqanıstanda bir rayonu ələ keçirib

“Taliban” radikal hərəkatı Əfqanıstanın şimalındakı Cauzcan əyalətində rayonlardan birini ələ keçirib.
“dogruxeber.tv” xəbər verir ki, bu barədə Tolo News telekanalı məmurlara istinadən məlumat yayıb.
Kanalın tvitter hesabında bildirilib ki, Xam Aab rayonu şiddətli atışmalardan sonra “Taliban”ın nəzarəti altına keçib.


