idman
11.09.2018
Dzyuba “İlin adamı” oldu

Rusiya millisinin yeni kapitanı Artyom Dzyuba “GQ” jurnalı tərəfindən “İlin adamı” seçilib.
“dogruxeber.tv” xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında yazılıb: “Rusiya millisinin hücumçusu, qollarına, çıxışlarına və jestlərinə görə Dünya Çempionatının canlı simvoluna çevrilərək “İlin adamı” tituluna layiq görüldü”.
Dzyuba İnstaqram səhifəsində jurnalın üz qabığınn fotosunu paylaşaraq təşəkkür edib. 


