“Bu, son illərdəki rekord göstəricidir” - Səfər Mehdiyev

""Sınıq Körpü" sərhəd keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir. Bu ayın sonunda həmin mərkəz istifadəyə veriləcək. Bu yeni bir modeldir. Hesab edirik ki, bundan sonra həmin mərkəzin vasitəsilə sözügedən məntəqədə sıxlığın aradan qaldırılması prosesi baş tutacaq".
"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 8 ay ərzində komitədə bir sıra struktur islahatları aparılıb: "Bu çərçivədə iki yeni baş idarə yaradıldı. Bu da kadr çatışmazlığının aradan qaldırılmasına xidmət etdi. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 1 milyon 500 min insana xidmət göstərib. Bu da son illərdə rekord göstərici hesab oluna bilər.Təkcə " Qırmızı körpü" sərhəd keçid məntəqəsində gün ərzində 17 min rezident və qeyri-rezidentə xidmət göstərilib".
Günel Türksoy


